AZƏRSUN HOLDİNQ
Vakansiyanın adı: SAP MM Modul üzrə Aparıcı Mütəxəssis
Namizədə aid tələblər:
– Ali təhsilli (sənaye mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat) olmalı;
– Minimum 3-5 il təcrübəsi olmalı;
– Azərbaycan və ingilis dili bilikləri olmalı;
– MM modulu ilə əlaqədar SAP konfiqurasiyalarını bilməli;
– MM modulunun maliyyə- muhasibatlıq (FI), Satış-paylama (SD) və istehsal (PP) modulları ilə inteqrasiya nöqtələrini bilməli və konfiqurasiyasını bacarmalı;
– SAP layihələrinin idarə edilməsi baxımından ASAP metodologiyasını bilməli;
– Konseptual dizayn sənədini hazırlamağı bacarmalı;
– İş Proseslərinin analiz edilməsi və təkmilləşdirilməsi üçün proses, proses idarəsi, BPR metodunu bilməli və iş axış cədvəllərini hazırlamağı bacarmalı;
– İstifadəçilərə təlim vermək və əl kitabçası hazırlamaq qabiliyyəti olmalı;
– Analitik düşünmək və problem həll etmək bacarığı;
– Asan ünsiyyət qura bilməli.
İş haqqında məlumat:
– Şirkətlər Qrupunun hədəfləri və təşkilati prioritetləri istiqamətində tədarük zənciri proseslərinin analizini və sistem üzərində təkmilləşdirilməsini təmin etmək.
– Vəzifə üzrə işlərin təyin olunan standartlar (ASAP) və qrup prosedurları çərçivəsində nizamlı olaraq həyata keçirilməsini təmin və təqib etmək.
– İcra etdiyi xidmətlər ilə əlaqədar ola biləcək riskləri müəyyən etmək və qarşısının alınması üçün fəaliyyət göstərmək.
– İşi ilə əlaqədar ən yaxşı təcrübələri və texnologiyaları araşdırıb, məhsuldarlıq artışını yenilikçi həllərin tətbiq edilməsini təmin edəcək proyektlər yaratmaq.
– İş proseslərini analiz etmək, təkmilləşdirilməsi istiqamətində iştirak etmək və lazımi sənədləri (to-be),(as-is) hazırlamaq.
– İş proseslərinin iş axış cədvəllərini hazırlamaq.
– Konseptual dizayn sənədini hazırlamaq, iş sahiblərinə təsdiqlətmək.
– İş ilə əlaqədar konfiqurasiyaları SAP sistemində zamanında və doğru şəkildə tamamlamaq.
– İş ilə əlaqədar baza məlumatları (hesab, müştəri, satıcı, əsas vəsait, məsrəf və gəlir mərkəzi və s.) hazırlamaq.
– Sistemdəki uyğunlaşdırmalar çərçivəsində test ssenarilərini hazırlamaq və bütün iş proseslərini test serverlərində test etmək.
– İstifadəçilərə iş proseslərini tam ifadə edəcək şəkildə təlim vermək və əl kitabçasını hazırlamaq.
– İstifadəçi yetkiləndirmə matrisini hazırlamaq və təmin etmək.
– İş proseslərini canlı sistemdə iş sahiblərinə təhvil vermək və lazımi dəstəyi göstərmək.
– İşlərin təyin olunan hədəf və prioritetlər istiqamətində irəlilədiyini təqib etmək.
– Aşağı vəzifəli işçilərin performanslarını və motivasiyasını artırmaq üzrə maarifləndirmək, istiqamətləndirmək; komanda işini və əməkdaşlığı təşviq etmək.
– Göstərilən vəzifə və məsuliyyətləri ilə əlaqədar olaraq lazımi məlumatları, hesabatları və ortaya çıxan problemləri aidiyyatı şəxslərə raporlamaq.
– Proqram standartı xaricindəki tələblərlə bağlı funksional spesifikasiyaları hazırlamaq
– Canlı sistemdə istifadəçilərin qarşılaşdıqları problemləri incələmək və həll etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“SAP MM Modul üzrə Aparıcı Mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |