10 C
Baku
Thursday, December 12, 2024

Satınalma mütəxəssisi – BakuBus

0
Satınalma mütəxəssisi – BakuBus
Bakı
20.04.2023

Vakansiyanın təsviri

  • Dövlət satınalmaları haqqında qanunlarına və daxili satınalma qaydalarına uyğun olaraq satınalma prosedurlarının keçirilməsinin təşkil edilməsi, müvafiq struktur bölmələrdən yönələn sorğuların icra edilməsi, mövcud olan sifarişlərin təhlili və bazarın təhlili, tələb olunan malların (iş və xidmətlərin) yerli və xarici bazarda araşdırılması;
  • Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa onlarla görüşlərin keçirilməsi;
  • Satınalma qrupunun işinin təşkil edilməsi, satınalma prosedurunun sənədlər paketinin ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması;
  • Satınalma zamanı yarana biləcək risklərin öncədən dəyərləndirilməsi;
  • Təyin edilmiş kateqoriya çərçivəsində təchizatçıların qiymətləndirməsi və seçimi proseslərinin idarə edilməsi;
  • Müqavilələrin düzgün və cəmiyyətin təchizat siyasətinə uyğun olaraq hazırlanması və nəzarətdə saxlanılması, müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi, digər kargüzarlıq və inzibatçılıq işlərinin görülməsi;
  • Gündəlik satınalma fəaliyyətləri ilə əlaqədar daxili müştərilərin idarə edilməsi istək, tələb və sorğuları aydınlaşdırmaq məqsədi ilə daxili müştərilərlə daim ünsiyyətdə qalma və məsləhətləşmə;
  • Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
  • Davamlı və başa çatdırılmış işlər barədə struktur daxili müfaviq hesabatların hazırlanması.

Xüsusi tələblər

  • Ali təhsil;
  • Minimum 1 illik analoji iş təcrübəsi
  • Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
  • İngilis və rus dilində ünsiyyət bacarığı (arzuolunandır)
  • Analitik düşüncə qabiliyyəti;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
  • MS Office proqramları üzrə biliklər.
Müraciət etmək üçün[email protected]