Bakı
13.12.2022
Vakansiyanın təsviri
- Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Dövlət satınalmalarının vahid internet portalında müvafiq əməliyyatlar aparmaq;
- Tədarükçülərin araşdırılması, əlaqələrin yaradılması;
- Satınalmalar planı hazırlamaq və onun tətbiqini təmin etmək;
- Tender iştirakçılarının ilkin siyahısını hazırlamaq. Yeni potensial tender iştirakçılarına dair tələbləri müəyyənləşdirmək;
- Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi;
- Rəhbərliyin digər tapşırıqlarının icrası.
Xüsusi tələblər
- Biznes/Menecment/İqtisadiyyat üzrə ali təhsil; (magistr təhsili arzuolunandır);
- Satınalma sahəsində müvafiq olaraq 3 ildən az olmayaraq iş təcrübəsi;
- Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə mükəmməl biliklər;
- Səlis Azərbaycan dili, İngilis və ya Rus dili bilikləri;
- Logistika və anbarların təşkili prinsipləri;
- Dövlət satınalmalarının vahid internet portalında işləmə təcrübəsi;
- ERP sistemi, Word, Excel, Power Point və Outlook proqramlarını yaxşı səviyyədə bilmək;
- CIPS 4 və ya digər beynəlxalq satınalma sertifikatlarına sahib olan namizədlərə üstünlük veriləcəkdir;
- INCOTERM ilə işləmək qabiliyyəti.
- Son müraciət tarixi: 26.12.2022-ci il
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |