“PAŞA Sığorta” ASC namizədləri Satınalmalar üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Şirkətin satınalma fəaliyyətinin qanunvericilik tələblərinə müvafiq qaydada Şirkətin Satınalma Siyasətinin prinsiplərinə və tələblərinə riayət edərək, satınalmaları həyata keçirilməsi .
• Satınalmalar üzrə daha yaxşı təkliflər əldə etmək üçün potensial/mövcud təchizatçılar ilə müntəzəm danışıqların aparılması və bazarın təhlili;
• Xərclərin təhlili, xərclərin azaldılması üsulları üçün uzunmüddətli qənaət üsullarının təklif edilməsi;
• İllik satınalma planının hazırlanmasında iştirak;
• Təchizatçılar tərəfindən hesabların vaxtında təqdim edilməsinə və ödənilməsinə nəzarət, hesabların yoxlanışının həyata keçirilməsi;
• Sifarişlərə müvafiq olaraq müqavilələri, düzəlişləri hazırlanması, gündəlik sənədləşmə işlərinin həyata keçirilməsi və təkliflərin toplanması;
• Mövcud proseslərin təkmilləşdirilməsi üçün təşəbbüs göstərmək;
• İllik büdcənin formalaşma prosesində iştirak etmək;
• Şirkət daxili layihələrdə iştirak etmək;
• Birbaşa rəhbər və departament rəhbəri tərəfindən yönələn tapşırıqların həyata keçirilməsi.
Bilik və bacarıqlar:
• Ali iqtisadi təhsil;
• Satınalmalar istiqamətində 2 il iş təcrübəsi;
• İngilis, Rus, Azərbaycan dillərini mükəmməl bilmək;
• Power point, Excel və visiodan mükəmməl istifadə etmək bacarığı;
• Dürüst, məntiqli, işgüzar, pozitiv
• “B” kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır.
Son müraciət tarixi: 29 fevral, 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |