Bakı
12.02.2025
Responsibilities:
- Şirkətin satış planına uyğun olaraq tələblərinə cavab vermək üçün işçilər arasında iş bölgüsü aparmaq, iş qrafiklərini və ya işçilərin iş rejimini planlaşdırmaq;
- Tabeçilikdə olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərə xidmətə nəzarət etmək;
- Tabeçilikdə olan işçilərin işini təhlil etmək, onların peşəkar imkanlarının qarşıya qoyulan məqsəd və tapşırıqlara uyğunluq səviyyəsini müəyyən etmək;
- Satış departamentinə yeni işçilərin seçilməsində, işə götürülməsində, təlimlərin təşkil edilməsində, qiymətləndirilməsində iştirak etmək və məsləhətlər vermək;
- Şirkətin qəbul etdiyi formada büdcə hesabatlarının hazırlanmasına nəzarət etmək və büdcəni idarə etmək;
- İşçilərin yeni avtomobil modelləri barədə biliklərini müntəzəm olaraq yeniləmək;
- Şirkətin satış və marketinq fəaliyyətini idarə etmək;
- Müştərilər gəlməyən vaxtlarda məhsullar, satış texnikası, kommunikasiya bacarıqları və s. sahəsində əməkdaşların biliklərinin monitorinqini həyata keçirmək;
- Avtomobil modellərin sifarişində iştirak etmək, qəbul olunma prosesini təşkil etmək, malı qəbul etmək və qaimələri imzalamaq (və ya hesabat aparmaq);
- Malı müşayiət edən sənədin (sertifikat, pasport) olub olmadığını və etibarlılıq müddətini yoxlamaq, çatışmazlıqlar aşkar olunduqda aidiyyəti şəxslərə məlumat vermək;
- İllik satış planının hazırlanmasında iştirak etmək və həyata keçirmək;
- İllik satış və təşviqat proqramı hazırlamaq;
- Satışın və xalis gəlirin həcmini maksimum səviyyədə artırmaq məqsədi ilə gündəlik satış və xərclər barədə məlumatları təhlil etmək, digər zəruri maliyyə təhlilləri aparmaq;
- Ardıcıl olaraq şirkət rəhbərliyi tərəfindən müəyyən edilmiş qaydada avtomobillərin inventarlaşmasını həyata keçirməsinə nəzarət etmək;
- Malların satışını həyata keçirmək məqsədi ilə topdan və ya pərakəndə satış eçen fiziki və hüquqi şəxslərlə, dillerlərlə ilə qarşılıqlı əlaqə yaratmaq;
- Şirkət tərəfindən göstərilən xidmətlər, şirkətdə mövcud olan endirimlər, ödəniş qaydaları və Avtomobilin əldə edilməsi barədə alıcını məlumatlandırmaqvə tebeçiliyində olan işçilər tərəfindən məlumatlandırmanı aparılmasına nəzarət etmək;
- Müəssisənin maliyyə məqsədlərini nəzərə almaqla müştəri məmnunluğunu təmin etmək üçün məhsulların xərclərinin rəqabət-qabiliyyətli olmasına nəzarət etmək;
- Hesabatlıq prosesi üçün tələb olunan bütün məlumatları müəyyən edilmiş vaxt çərçivəsində rəhbərliyə təqdim etmək;
- Heç bir yanlışlığa və ya fərqlərə yol vermədən qaimələri və satış üzrə yekunları gündəlik olaraq rəhbərliyə təqdim etmək.
Namizədlərə tələblər:
- Avtomobil sahəsində minimum 8-10 il iş təcrübəsi;
- Ali təhsil;
- Azərbaycan, Rus və İngilis dillərini bilməli;
- Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
- Fikrini izah etmə qabliyyəti və ünsiyyət yaratmaq bacarığı yüksək səviyyədə olmalıdır;
- Stres altında işləmə qabiliyyəti və eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti yüksək səviyyədə olmalıdır;
- Fəal və işə planlı yanaşma.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Satış departamentinin müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərsinlər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |