Ağdaş, Astara, Goranboy, İmişli, İsmayıllı, Mehdiabad, Mingəçevir, Qəbələ, Sabirabad, Şabran, Siyəzən, Tovuz, Yevlax
28.12.2024
Təcrübə proqramı
Vakansiyanın təsviri
- Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tamamlamış şəxslər üçün nəzərdə tutulub. İstisna olaraq, magistr üzrə təhsili davam edən tələbələr də proqramda iştirak edə bilərlər.
- Proqram çərçivəsində namizədlər ilkin mərhələdə peşəkar təlimlərə cəlb olunur və nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da əldə edirlər. Təlim prosesini uğurla başa vuran namizədlər imtahan mərhələsinə dəvət edilir.
- Təlimlərdə aktiv iştirak etmək
- Təlim zamanı öyrənilənləri mənimsəmək və tətbiq etmək
- Təlimçi və mentorla interaktiv işləmək
- Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək
İmtahan nəticələrinə əsasən:
- Namizədlərə tam ştat və ya yarımştat Satış məsləhətçisikimi işə qəbul olunma imkanı təqdim olunur.
- Yarımştat Satış məsləhətçisi olaraq işə qəbul olunan namizədlərin tam ştat vahidinə keçməsi üçün minimum müddət 1 ay, maksimum müddət isə 3 ay olaraq müəyyən edilmişdir.
- Tam ştat üçün başlanğıc əmək haqqı: 400 AZN, əlavə olaraq 800 AZN-ə qədər bonus qazanmaq imkanı.
- Yarımştat üçün başlanğıc əmək haqqı: 200 AZN, əlavə olaraq 300 AZN-ə qədər bonus qazanmaq imkanı.
Xüsusi tələblər
- Təhsilini tam başa vurmuş şəxslər (magistr təhsili alan tələbələr istisna təşkil edir)
- Karyerasını maliyyə sektorunda qurmaq istəyənlər
- Öyrənməyə açıq olmaq
- Hədəflərlə işləməyi bacarmaq
- Pozitiv ünsiyyət bacarığı
- Komandada işləməyə meyilli olmaq
Sizə nə vəd edirik:
- Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmək imkanı
- Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramında iştirak etmək imkanı
- Maliyyə yönümlü ilkin biliklərin qazanılması
- Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi
- Əmək haqqı + bonus
Maraqlanan şəxslər CV-lərini “Təcrübə Proqramı (Satış məsləhətçisi – müvafiq region üzrə)” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: (+994 51) 206 69 05
Müraciət etmək üçün: [email protected]