Bank Respublika ASC Bakı və Sumqayıt şəhərləri, həmçinin aşağıda qeyd olunan region filialları üzrə “Satış təmsilçisi” vəzifəsi üzrə vakansiyalar elan edir:
– Şirvan/Sabirabad;
– Cəlilabad/Masallı/Lənkəran;
– Xaçmaz/Quba;
– Mingəçevir/Gəncə/Tovuz;
– Zaqatala/Qax;
– Bərdə/Yevlax.
Artıq 27 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq, yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Yeni korporativ müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi;
• Potensial korporativ müştərilərlə görüşlərin keçirilməsi və təkliflərin hazırlanması;
• Görülmüş işlər barədə rəhbərliyə aylıq hesabatların təqdim edilməsi;
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• İş təcrübəsi: Kredit və ya əməliyyat sahəsi üzrə 2 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və ya Rus dili bilikləri arzuolunandır;
• MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Yüksək ünsiyyət bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşma.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış təmsilçisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |