Bakı
13.03.2024
Vakansiyanın təsviri
- Satış və marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Satış və marketinq əməkdaşlarının gündəlik fəaliyyətlərinə nəzarət etmək;
- Satış və marketinq departamenti ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək;
- Yerli və xarici bazarda satış və marketinq, müştərilərlə əlaqələr, layihələrin əldə olunub idarəedilməsinə cavabdeh olmaq;
- Bütün satış əməkdaşlarının hədəflərinə nail olmasına cavabdeh olmaq;
- Potensial müştərilər ilə müqavilələrin bağlanılmasını təmin etmək;
- Şirkətin digər struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmaq;
- Rübdə bir dəfə marketinq analizlərini hazırlamaq;
- Marketinq fəaliyyətinin bütün sahələri üzrə Şirkət üçün strateji və ətraflı marketinq planının hazırlanması;
- Şirkətin illik biznes planına uyğun ümumi marketinq büdcəsinin işlənilməsi və rəhbərliyə təqdim edilməsi;
- Bazar araşdırılmasının aparılması və nəticələrin təqdim edilməsi;
- Məhsulların satışının irəliləməsi məqsədilə, departamentin işini təşkil edərək, şirkətin veb saytında, sosial şəbəkələrdə, diller şəbəkəsində, B2B satış üsulu və həmçinin satış nöqtələrində məhsulların tanıtımını təmin olunmasına nəzarət etmək;
- Müştəri məmnuniyyətinin müəyyən edilməsi, çatışmazlıqların aradan götürülməsi üçün təkliflər vermək;
- Satış üzrə KPİ-ları müəyyən etmək və təkliflər vermək;
- Görüləcək işlər barədə ilkin analizlərin aparılması, risklərin qiymətləndirilməsi;
Xüsusi tələblər
- Ali təhsil
- Yaş həddi: 35-50;
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
- Kollektivlə ünsiyyət qurma bacarığı
- Stresə davamlı
- Səliqəli və ciddi xarici görünüş
- Azərbaycan, rus, ingilis dillərini mükəmməl səviyyədə bilməli.
- Müvafiq sahədə min. 5 il təcrübə
- Xaricdə iş təcrübəsi üstünlükdür
- Tələblərə uyğun namizədlərdən şəkilli CV-lərini və və portfoliosunu e-mailin mövzu hissəsində “Satış və marketinq departamentinin direktoru” sözlərini qeyd edərək e-ünvanına göndərmələri xahiş olunur.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |