Satışa Dəstək Departamentində Ekspert vakansiyası.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
– Fondlara göndərilən müştəriyə aid maliyyə hesabatlarının düzgünlüyünü yoxlayır, tələb olunduqda düzəlişlərin edilməsini təmin etmək;
– Hesabatların düzgün tərtib olunması üçün zəruri təkliflər verilməsi və aidiyyatı əməkdaşlara təlimlərin keçirilməsi;
– Fəaliyyəti barədə departamentin fondlar üzrə səlahiyyətlisinə həftəlik hesabat təqdim etmək;
– Struktur qarşısında qoyulan hədəflərin tələb olunan vaxtda və keyfiyyətdə icra edilməsi, digər əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində əməli işlər görmək.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
– Ali iqtisadi təhsil (Maliyyə və İqtisadi sahədə olması arzuolunandır;
– Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
– Komanda tərkibində işləmə bacarığı;
– Təşəbbüskarlıq, operativlik və detallara qarşı diqqətlilik;
– MS Excel proqramında əla səviyyədə işləmə bacarığı;
– Sahə üzrə ən azı 2 illik iş təcrübəsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satışa Dəstək – Ekspert” göstərməyiniz xahiş olunur.
ƏLAQƏ VASİTƏLƏRİ:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |