Bakı
09.01.2023
Vakansiyanın təsviri
- sektorun fəaliyyət istiqamətləri üzrə işini təşkil edir və ona rəhbərlik edir;
- tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;
- sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi üçün Dövlət Xidmətinin rəisinə təqdimatlar verir;
- sektorun dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
- sektorun iş planını Xidmətin rəisinə təqdim edir, müvafiq qaydada icrasına nəzarət edir;
- aidiyyəti üzrə dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının hazırlanmasında iştirak edir;
- Xidmətin struktur bölmələrində və tabe qurumlarda sənədlərin elektron olaraq inteqrasiya edilməsini, sənəd dövriyyəsi sistemində məlumat təhlükəsizliyinin təminatını, sənədlərin vahid şəkildə idarə edilməsini və əlaqələndirilməsini təmin edir;
- kargüzarlıqda məxfilik rejimini təmin edir;
- Xidmətdə arxiv işinin həyata keçirilməsini təmin edir;
- Xidmətə aid sənədlərin əsli ilə düzgünlüyünü təsdiq edir;
- elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasına ümumi nəzarəti həyata keçirir, elektron sənəd dövriyyəsinin səmərəli tətbiqi məqsədilə təhlillər aparır;
- Xidmət rəisinin və digər müvafiq rəhbər vəzifəli şəxslərin qəbul qrafikini hazırlayır və qəbula gəlmiş şəxslərin qeydiyyatının aparılmasını təşkil edir;
- Xidmətin struktur bölmələri tərəfindən şəxslərin təklif, ərizə və şikayətlərinə qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxılmasına və cavablandırılmasına nəzarət edir;
- sektora aid daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
- sektorun fəaliyyətinə aid digər vəzifələrin yerinə yetirilməsini təmin edir;
- Dövlət Xidmətinin rəisinin tapşırığı ilə məlumatlar, hesabatlar və arayışlar hazırlayır;
- sektorun fəaliyyəti barədə Dövlət Xidmətinin rəisinə rüblük, yarımillik, illik hesabatlar hazırlayıb təqdim edir;
- Dövlət Xidmətinin rəisinin tapşırığına əsasən Dövlət Xidmətində yaradılan komissiyalarda, işçi qruplarında iştirak edir və ya sektoru təmsil edən digər nümayəndəni müəyyən edir;
- Dövlət Xidmətinin rəisi tərəfindən verilmiş digər tapşırıqların icrasını təmin edir və s.
- Aylıq vəzifə maaşı 745
Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
- ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
- ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 6 yanvar 2023-cü il tarixindən 6 fevral 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Xüsusi tələblər
- Təhsilə dair tələblər: ali təhsil
- İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, internetdən istifadə və s. (yüksək səviyyədə)
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |