11 C
Baku
Wednesday, April 9, 2025

Sektor müdiri (İmtahanların təşkili və idarəedilməsi departamenti) – Dövlət İmtahan Mərkəzi

0
Sektor müdiri (İmtahanların təşkili və idarəedilməsi departamenti) – Dövlət İmtahan Mərkəzi
Bakı
06.02.2025

Vakansiyanın təsviri

  • Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün qabiliyyət imtahanlarının layihələndirilməsi və keçirilməsi məqsədilə sektorun işinin təşkil edilməsi və fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi;
  • Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seminarların, təhsil müəssisələri, mütəxəssislər və ekspertlərlə işin təşkil edilməsi;
  • Qəbul proqramlarının və test bankının yaradılması, vəsait və jurnalların hazırlanması proseslərinə rəhbərlik edilməsi;
  • İmtahanlarla bağlı təşkilati tədbirlərin keçirilməsi məqsədilə müvafiq qurumlarla işin aparılması sektorun işinin təşkil edilməsisektor üzrə işçilərin fəaliyyətinin istiqamətləndirilməsi, onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi;
  • Sektorun fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlərin görülməsi, bu barədə departament müdirinə təkliflər verilməsi;
  • Sektorun müvafiq hesabatlarını departamentin müdirinə təqdim edilməsi;
  • Sektor üzrə yeni təyin olunmuş işçilərin təcrübəli əməkdaşlara təhkim edilməsi və onların işinə bilavasitə nəzarət edilməsi;
  • İşçilərin vəzifəsindən kənarlaşdırılması ilə bağlı departament müdirinə təkliflər verilməsi;
  • Sektora daxil olan məktub və müraciətlərin araşdırılması və cavablandırılması işinin təşkil edilməsi;
  • Sektor işçilərinin mükafatlandırılması və ya cəzalandırılması barədə departament müdiri qarşısında məsələ qaldırılması;
  • Sektorun əməkdaşları arasında iş bölgüsünün aparılması;
  • Sektorun fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi;
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
  • Rəhbərlik və departament müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

 

Xüsusi tələblər

  • Təhsilə dair tələblər:  ali təhsil
  • İş stajına dair tələbi:  vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 4 il iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər:  Rus dili-B2; İngilis dili-B2

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadr uçotunun şəxsi vərəqəsi“ni mövzu bölməsində “Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorun müdiri” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 14 fevral 2025-ci il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları