Bakı
14.01.2026
Əsas vəzifə öhdəlikləri:
- Yeni kommersiya layihələrinin müəyyən edilməsi, cəlb olunması və ticarət həcminin artırılması üçün görüşlər keçirmək;
- Kommersiya sektorunun səlahiyyəti çərçivəsində reklam fəaliyyətini təşkil etmək və idarə etmək;
- Satışın səmərəliliyini və gəlirliliyi artırmaq məqsədilə tariflərin və satış qiymətlərinin yenilənməsivə optimallaşdırılması üçün təkliflər hazırlamaq;
- Bazarın dinamikasını izləmək, analitik araşdırmalar hazırlamaq və yeni təkliflərlə bağlı əsaslı təkliflər vermək, hesabat hazırlamaq;
- Aidiyyəti dövlət qurumları, özəl sektor təmsilçiləri və mövcud tərəfdaşlarla dayanıqlı işgüzar əlaqələr qurmaq;
- Kommersiya layihələri üzrə müqavilə şərtlərinin hazırlamasına nəzarət etmək, prosesləri idarə etmək və sənədləşmə işlərini koordinasiya etmək;
- Tərəfdaşlarla kommersiya münasibətləri tənzimləmək və qarşılıqlı faydalı olan yeni iş birliyi modelləri yaratmaq;
- Fəaliyyət istiqaməti üzrə keçirilən iclaslarda, yerli və beynəlxalq tədbirlərdə qurumu peşəkar səviyyədə təmsil etmək;
- Sektor əməkdaşlarının fəaliyyətinin koordinasiyası, iş bölgüsü və fəaliyyətin effektivliyini təmin etmək;
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat ali təhsil);
- İş təcrübəsi: Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi (rəhbər vəzifə üzrə 1 il);
- Dövlət qurumları ilə iş sahəsində təcrübənin olması;
- Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
- Rəqəmsal mühitdə işləmə bacarığı, məlumatların rəqəmsal emalı, sistemlərarası inteqrasiya bacarığı;
- Analitik düşünmə, strateji planlaşdırma və idarəetmə bacarıqları;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı;
- Dil bilikləri: ingilis dili (B1,B2), rus dili (B1, B2).
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Kommersiya sektorun müdiri” qeyd olunması xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
| Kateqoriya | Digər şirkətlər |



