13 C
Baku
Friday, November 15, 2024

Senior lawyer – Yelo Bank

0
Senior lawyer – Yelo Bank
Bakı
03.02.2021

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Hüquq departamentində Baş hüquqşünas” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Senior lawyer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Hüquq departamenti
Vəzifə: Baş hüquqşünas
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

– Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
– Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə bankın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
– Bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, bankın digər struktur bölmələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
– Bank tərəfindən bağlanması nəzərdə tutulan müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
– Bankda müştərilərə hesabların açılması qaydasına riayət olunmasına nəzarət etməsi;
– Hüquq departamentinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq.

Tələblər:

– Hüquq sahəsində ali təhsil;
– Təsərrüfat subyektlərinin kommersiya fəaliyyətinin hüquqi təminatı sahəsində azı 3 (üç) il iş təcrübəsinin olması arzuolunandır;
– Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilmək;
– Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilmək;
– Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilmək;
– Kargüzarlıq işinin əsaslarını bilmək;
– Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
– Yüksək qavrama və analizetmə qabiliyyəti;
– İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
– Kompüter bilikləri (MS Office proramlarını orta səviyyədə bilmək).

Biz Sizə nə təklif edirik:

– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
– Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
– Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi