Bakı
19.01.2023
Vakansiyanın təsviri
- Server İT-infrastruktur şöbəsı ilə əlaqədar xidmətlərın cavabdehlıyı və idarə edilməsi (planlaşdırma, təşkili, motivasiya, nəzarət, büdcənin icrası)
- İnformasiya sistemlərinin və xidmətlərinin, server avadanlığının fasiləsiz işinin planlaşdırılması, təşkili və nəzarəti (təminat və monitorinq, məlumatların ehtiyat nüsxəsi, sistemin idarə edilməsi)
- Planlı profilaktik işləri təşkil edilməsı, resurslara cavabdeh olan şəxslərlə ilə əlaqənin fasilələrinın razılaşdırılması
- Server və texnoloji avadanlığlarım nasazlığı aşkarlandığda bərpa işlərini təşkil edilməsı , server otağında temperatur rejiminin pozulmasına və digər yarana biləcək qüsurları əvvəlcədən proqnozlaşdırmaq və aradan qaldırmaq
- Məlumat sızmasının qarşısının alınması, təhlükəsizlik tədbirlərinin yoxlanılması və sistem proqram təminatının həssaslarının aşkarlanması barədə İnformasiya Təhlükəsizliyi İdarəsinin işçiləri ilə qarşılıqlı əlaqə qurmaq
- Yüksək hazırlıq zamanı (məsələn, virus pandemiyası zamanı) proqram təminatlarının uzaqdan idarə olunması və icrası üçün ,proqram təminatının idarə edilməsində iştirak edin.
- İT-İnfrastrukturuna aid olan Proseslərin və siyasətlərin işlənib hazırlanmasını və qrup tərəfindən onlara riayət olunmasını təmin etmək. Proseslərin ardıcıl surətdə icrasının və fasiləsiz təkmilləşdirmənin təmin olunmasına görə məsuliyyət daşımaq
- Baş vermiş hadisələr, nöqsanlar/qüsurlar və onların müvəqqəti həll edilməsi/aradan qaldırılması üçün həyata keçirilmiş tədbirlər barədə iştirakçılara rəsmi qaydada məlumat vermək
- İş yükünün düzgün bölüşdürülməsini və prioritetlərin iş tələblərinə uyğun olaraq təyin edilməsini təmin edərək bütün qrup üzvlərini səmərəli şəkildə idarə etmək
- Tələb olunan hallarda hər hansı məsələlərin birbaşa departament rəhbərlıyınə eskalasiya edilməsinə görə məsuliyyət daşımaq
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək
- Tələb olunan hallarda intizam tədbirlərinin vaxtında görülməsinə cavabdehdir
- Qrupun mənəvi durumu və ümumi effektivliyi üçün cavabdehlik daşımaq
Xüsusi tələblər
- Komanda Rəhbəri / Sistem Administratorlarının Rəhbər üzrə ən az 1 il təcrübəyə malik olması
- İnformasiya texnologiyalarının idarə olunması metodologiyaları (ITIL, COBIT) üzrə təcrübəyə malik olması
- İnformasiya təhlükəsizliyinin əsaslarını barəsındə müvafiq anlayışa malik olmaq.
- Şəbəkə texnologiyaları barəsındə müvafiq anlayışa malik olmaq
- Məlumat bazasının necə işləməsi barəsındə müvafiq anlayışa malik olmaq
- Microsoft Windows Server 2008R2-2022 üzrə təcrübəyə və biliyə malik olmaq
- Virtual mühitin idarə edilməsi (HYPER-V, VMWARE) üzrə təcrübəyə və biliyə malik olmaq
- Qoruyucu divarlar (firewalls), ruterlər, şəbəkə açarları, AD, DNS, DHCP, FS+FSRM, DFS , WSUS, KMS, internet protokolları və xidmətləri, verilənlərin kommunikasiyası məhsulları barədə biliyə malik olmaq
- MS Exchange, MS SQL, SharePoint 2010 üzrə təcrübəyə və biliyə malik olmaq
- Linux serverləri (CentOS, RHEL) üzrə təcrübəyə və biliyə malik olmaq
- Kaspersky antivirus üzrə təcrübəyə və biliyə malik olmaq
- Veritas BackupExec, Veeam, VMware DP ehtiyat sistemləri üzrə təcrübəyə və biliyə malik olmaq
- Uzaqdan giriş sistemləri üzrə təcrübəyə və biliyə malik olmaq
- Server avadanlığının və Məlumat Saxlama Sistemləri üzrə xidmət göstərilməsi və konfiqurasiyası üzrə təcrübəyə malik olmaq
- Firewall haqqında əsas biliklər malik olmaq
- Zabbix, PRTG monitorinq sistemi və server avadanlığının performans təhlili ilə iş təcrübəsi malik olmaq
- Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübəyə malik olmaq.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |