7 C
Baku
Thursday, December 12, 2024

Servis departamentinin direktoru – NBA Technologies International LLC

0
Servis departamentinin direktoru – NBA Technologies International LLC
Bakı
26.07.2023

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil
  • Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • İş təcrübəsi: 2 ildən az olmayaraq iş stajı.
  • Analitik düşüncə qabiliyyəti və analiz etmə bacarığı.
  • Punktual və ünsiyyətcil olması.

Vəzifə öhdəlikləri:

  • Servis xidmətinin həyata keçirilməsini təmin etmək;
  • Servis xidmətinin icrası zamanı cəmiyyətin əməkdaşlıq etdiyi təşkilatlarla müqavilə əsasında müəyyən edilmiş SLA-ya riayət etmək.
  • “NBA Technologies International” MMC-nin təqdim etdiyi kassa və fiskal avadanlıqları üzrə servis işinin təşkilini təmin etmək.
  • “NBA Technologies International” MMC-nin xidmət göstərdiyi bankların POS-terminalları üzrə servis işinin təşkilini təmin etmək.
  • Cəmiyyətin sorğu platforması olan ticket sistemi ilə düzgün və effektiv iş aparılmasını təmin etmək.
  • Cəmiyyətin əlaqəli şöbə və departamentləri ilə, eləcə də cəmiyyətin xidmət göstərdiyi strukturların əlaqəli şəxsləri ilə sağlam kommunikasiya və əməkdaşlığı təmin etmək.
  • Departamentin fəaliyyəti haqqında aylıq, rüblük və illik hesabatlar tərtib edərək rəhbərliyə təqdim etmək.
  • Departamentin əməkdaşları arasında düzgün və effektiv iş bölgüsünü təmin etmək.
  • Cəmiyyətin təqdim etdiyi kassa və fiskal avadanlıqlarının quraşdırılmasını və onlara texniki xidmət göstərilməsini təmin etmək;
  • Cəmiyyətin əməkdaşlıq etdiyi banklara məxsus POS-terminalların proqramlaşdırılması, quraşdırılması və geri götürülməsini təmin etmək;
  • Avadanlıqların ticarət obyektlərində quraşdırılması zamanı istifadəçiyə istifadə qaydalarının ətraflı izahını təmin etmək;
  • Cəmiyyətin təqdim etdiyi kassalarla birlikdə müştərilərə məlumatlandırıcı stiker və istifadə qaydaları haqqında kitabçanın təqdim edilməsini təmin etmək;
  • Avadanlıqların ticarət obyektlərində quraşdırılması və görülən işlərin, eləcə də bütün təhvil təslim proseslərinin aktlaşdırılmasını təmin etmək;
  • Avadanlıqların cəmiyyətin anbarı ilə düzgün təhvil-təslimini təmin etmək;
  • Ticket sistemində departamentə yönləndirilmiş sorğuları daim izləmək, müvafiq qeydlər aparmaq və vaxtında icrasını təmin etmək;
  • POS -terminallar üzrə cəmiyyətin əməkdaşlıq etdiyi təşkilatlarla düzgün məlumat bazasının formalaşdırılmasını təmin etmək;
  • Tərəfdaşlar tərəfindən təqdim edilmiş yazılı və şifahi sorğulara operativ reaksiya vermək və lazımi tədbirlər görmək;

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza

Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Servis departamentinin direktoru” adını qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər