10 C
Baku
Tuesday, November 26, 2024

Servis Mərkəzinin müdiri – Optimal Electronics LLC

0
Servis Mərkəzinin müdiri – Optimal Electronics LLC
04.09.2019

Optimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN”, multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. 2018-ci ildə DƏBDƏBƏ multi-brend geyim mağazası alıcıların istifadəsini verilmişdir. Adıçəkilən geyim mağazaları İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz İngiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az və www.optimal.az linkinə tıklaya bilərsiniz.

“Optimal Elektronika” MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

– Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
– Pozitivlik bizim ən böyük uğurumuzdur! 
– Kreativ ideyaları yaradırıq!
– İstedadlı gənclərə yol açırıq.

Vakansiya: Servis Mərkəzinin müdiri

Tələblər:

– Təhsil : Ali (Texniki və ya mühəndislik sahəsində olmalıdır); 
– İş stajı :Servis sahəsində ən azı 2 il;
– Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; Rus və ingilis dili biliyi üstünlükdür.
– Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
– Yüksək analitika qabiliyyəti;
– Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar.

Əsas vəzifələr:

• Servis Mərkəzinin ümumi işinə nəzarəti həyata keçirmək;
• Servisdə yaranan problemlərin aradan qaldıırılmasını təmin etmək;
• Servisdə müştəri məmnuniyyətinin ölçülməsinə nəzarət etmək;
• Ehtiyat hissələri, materiallar üzrə sifarişləri tərtib etmək və onların düzgün istifadəsinə nəzarəti həyata keçirmək;
• Təmir işlərinin qeydiyyatına, müvafiq hesabatların hazırlanmasına nəzarəti həyata keçirmək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Servis müdiri” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 30.09.2019

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər