Sığorta əməliyyatlarına dəstək xidməti üzrə kiçik mütəxəssis – PASHA Insurance

    Bakı
    Posted 1 month ago

    “PAŞA Sığorta” ASC namizədləri “Sığorta əməliyyatlarına dəstək xidməti üzrə kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

    Vəzifə və Öhdəliklər:

    • Daxili müştərilərə keyfiyyətli xidmət göstərilməsi;
    • Müştəri tələbatına və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələrin və razılaşmaların yazılması və bununla əlaqəli digər sənədlərin (hesab-faktura, və s.) hazırlanması;
    • Buraxılmış sığorta şəhadətnamələrinin, əlavələrin, razılaşma və təklif formaların PAŞA Sığorta nüsxələrin geri qaytarılmasını təmin etmək;
    • Buraxılan sığorta şəhadətnamələrin, əlavələrin və razılaşmaların protech sisteminə skan edilməsi və ya qovluqlarda müvafiq sənədlərlə birgə yerləşdirilməsinə təmin edilməsi;
    • Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.

    BİLİKLƏR

    • Ali təhsil, biznes sahəsində təhsilə üstünlük verilir.
    • Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, işgüzar ingilis dili və rus dili biliyinə üstünlük verilir.

    TƏCRÜBƏ

    • Sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir.

    BACARIQLAR

    • Ünsiyyət qurmaq bacarığı;
    • Məsuliyyətlilik;
    • Dəqiqlik;
    • Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
    • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
    • Komanda ilə işləmək bacarığı.

    Son müraciət tarixi: 30 iyun 2021.

    Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

    Job Features

    Job CategorySığorta

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.