09.01.2023
Vakansiyanın təsviri
- Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
- Sənədlərin icra müddəti dövründə icra edilməsinə nəzarəti təmin etmək;
- Cəmiyyətin sənəd dövriyyəsinə nəzarət etmək və təkmilləşdirmək;
- Cəmiyyətə daxil olan sənədlərin sistem üzrə qeydiyyata almaq, aid olduğu şöbəyə yönləndirmək, icraçılara çatdırmaq işlərini təşkil etmək;
- Cəmiyyətdən xaric olan sənədlərin çap olunması, redaktə işinin aparılması, lazımi düzəlişlərin edilməsi, müvafiq formada imzalanmasının təmin olunması, sənədlərin tamlığının yoxlanılması, müvafiq formada zərfə yerləşdirilməsi işlərini təşkil etmək;
- Sığorta müqavilələri, şəhadətnamələri və onların ayrılmaz tərkib hissəsi hesab olunan əlavələr və ərizələrin nüsxələrini tələb edilən vaxtda toplanması, arxivləşdirilməsini, şöbə daxili hər-hansı sənədlərin qaydasında olmasını və şöbənin əməkdaşlarının köməkçi funksiyalarını yerinə yetirilməsini təşkil etmək;
- Arxivdəki sənədlərin yerləşdirilməsi, axtarılması, sənədlərin mövcudluğunun periodik yoxlanılması və müvafiq hallarda təhvil təslimini təmin etmək;
- Şöbənin əməkdaşları tərəfindən əmək intizamına riayət olunmasını təmin etmək;
- Departament rəhbərinin göstərişi ilə digər tapşırıqları yerinə yetirmək;
Xüsusi tələblər
- İş təcrübəsi: Kargüzarlıq və sənəd dövriyyəsi sahəsi üzrə 2 il iş təcrübəsi.
- Təhsili/ixtisası: İqtisadiyyat və idarəetmə, Hüquq, Maliyyə üzrə ali təhsil.
- Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: orta.
- Üstünlüklər: İngilis dili üzrə əla biliklərin olması. Ən azı 2 il rəhbər vəzifəsində iş təcrübəsi. Stressə davamlı, təmkinli və analitik düşünmə bacarığı
- Kompüter bilikləri: MS Office: əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük.
- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
- Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət üçün (CV): https://pasha-life.az/about/karyera/?career_id=590
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |