29 C
Baku
Thursday, July 25, 2024

Sığorta bazarlarının hüquqi təminatı bölməsi \ Hüquq məsləhətçisi – Azərbaycan Mərkəzi Bankı

0
Sığorta bazarlarının hüquqi təminatı bölməsi \ Hüquq məsləhətçisi – Azərbaycan Mərkəzi Bankı
Bakı
27.03.2023

Vakansiyanın təsviri

  • Sığorta bazarına aid olan mövcud qanunvericiliyin təkmilləşdirilməsi prosesində və hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;
  • Normayaratma prosesində mütəmadi olaraq sığorta sahəsində beynəlxalq təcrübəni öyrənir, müqayisəli təhlil aparır, zəruri arayışlar, təqdimat materialları və təkliflər hazırlayır;
  • Tapşırığa əsasən qüvvədə olan qanunvericilik və digər hüquqi aktlar barədə arayışlar hazırlayır;
  • Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrinə dair rəy və təkliflərin hazırlanmasında iştirak edir;
  • Qanunvericilikdəki yenilikləri, o cümlədən ümumi iqtisadi münasibətləri və sığorta bazarlarını tənzimləyən hüquqi aktları daimi əsasda təhlil edir, lazımi arayışlar və materiallar hazırlayır;
  • Hüquqi məsələlərə dair Bölməyə daxil olan müraciətlərə və sorğulara cavablar hazırlayır, layihələrə rəy bildirir;
  • Mərkəzi Bank tərəfindən qəbul edilən normativ xarakterli aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə müvafiq tədbirlər görür.
  • Test mövzuları Sığorta qanunvericiliyi
  • Mülki məcəllə
  • Konstitusiyanın əsasları
  • “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu
  • Məntiq
  • İngilis dili
  • Ümumi kompüter bilikləri

Xüsusi tələblər

  • Təhsil Hüquqşünaslıq Ali təhsil
  • Texniki biliklər Mülki hüquq, o cümlədən sığorta, qiymətli kağızlar və ya bank hüququ sahəsində ümumi biliklər Yaxşı səviyyədə
  • Təcrübə Hüquqşünaslıq ixtisası üzrə iş təcrübəsi (azı 1 ili sığorta sahəsində) 2 il
  • Dil bacarığı Azərbaycan dili Yüksək səviyyədə İngilis dili Yaxşı səviyyədə Rus dili Arzuolunandır
  • MS Office proqramları Yaxşı səviyyədə
  • Analitik və hüquqi düşüncə
Müraciət üçün (CV)https://www.cbar.az/hr/f?p=100:106

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi