Bakı
21.08.2023
Vəzifə öhdəlikləri:
- Sığorta hadisəsi üzrə ofisə müraciət edən müştəriləri qəbul etmək, proqram təminatında qeydiyyata almaq və iş icraçısına yönləndirmək,
- Şirkətdaxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək, lazım olduğu hallarda müştəriləri əlavə olaraq məlumatlandırmaq,
- İcrası başa çatan işləri qovluqlar üzrə arxivə yerləşdirmək, arxiv uçotunu aparmaq, tələb olunduğu halda arxivdən sənədlərin axtarışı və məsul şəxslərə çatdırılmasını təşkil etmək,
- Kağız sənədlərin PDF varianta keçirilməsini və elektron arxiv bazasını aparmaq,
- Departament daxili aylıq dəftərxana ləvazimatlarını sifariş etmək və işçilərə təhvil vermək,
- Verilən digər xidməti tapşırıqları keyfiyyətlə yerinə yetirmək.
Vəzifə üzrə əsas tələblər:
- Təhsil: Ali.
- İş təcrübəsi: Qeyd olunan işlərdə 2 il.
- Dil bilikləri: Azərbaycan və Rus dili sərbəst, İngilis dili B1.
- Şəxsi və işgüzar keyfiyyətləri: Çevik, dəqiq, məsuliyyətli, təmkinli, stressə davamlı və ünsiyyətçil.
- Kompüter bacarıqları: MS Word və MS Excel – Sərbəst istifadə.
Əmək şəraiti:
- İş vaxtı: 5 günlük iş həftəsi.
- Əmək haqqı: Namizədin vakansiya tələblərinə uyğun olaraq.
Vakansiyaya uyğun gələn namizədlər mövzuda İnzibatçı yazmaqla CV-ni göndərə bilər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |