Sığorta iddialarınını tənzimlənməsi şöbəsinin mütəxəssisi – Bakı Sığorta

    Bakı
    Posted 4 weeks ago

    Bakı Sığorta” ASC “Sığorta iddialarınını tənzimlənməsi şöbəsinin mütəxəssisi” vəzifəsinə işçi axtarışı elan edir.

    Vəzifənin öhdəlikləri:

    ∙ Sığorta hadisəsi ilə bağlı daxil olan işlərin sənədləşdirilməsi, şirkət daxili bazada icbari və könüllü növlər üzrə hadisələrin qeydiyyata alınması, sığorta hadisəsi kimi qiymətləndirilməsi;
    ∙ Sığorta araşdırması ilə bağlı müvafiq orqanlara sorğu məktublarının hazırlanması;
    ∙ Göndərilmiş sorğu məktublarına operativ cavab verilməsi üçün mütəmadi nəzarətdə saxlanılması, müvafiq orqanlarla telefon əlaqəsinin yaradılması;
    ∙ Sığorta araşdırması ilə bağlı daxil olmuş məlumatların analiz edilərək sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı qərarın qəbul edilməsi;
    ∙ Sığorta hadisəsi ilə bağlı müraciət etmiş şəxslərlə görüşlərin keçirilməsi və onların sığorta hadisəsi ilə bağlı yaranan suallarını cavablandırılması;
    ∙ Sığorta ödənişi veriləcəyi təqdirdə qanunla müəyyən edilmiş qaydada və müddətdə ödənilməsinin təmin edilməsi məqsədilə sığorta aktlarının, əlavələrinin tərtib edilməsi, yoxlanması və təsdiq edilməsi üçün birbaşa rəhbərinə təqdim edilməsi;
    ∙ Müştərilərdən sənədləri qəbul etmək;
    ∙ Qəbul olunmuş sənədləri texniki, hüquqi və maliyyə ekspertiza etmək;
    ∙ Sığorta ödənişinin verilməsindən imtina haqqında qərar qəbul edildiyi halda isə qanunla müəyyən olunmuş qaydada və müddətdə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı bildirişlərin hazırlanması və göndərilməsi;
    ∙ Sığorta ödənişi edilmiş və ya imtina məktubu yazılmış işlərin arxivləşdirilməsi;
    ∙ Baş vermiş hadisələr və sığorta ödənişləri barədə zəruri olan şöbələrə məlumatların mail vasitəsilə yazılması və ya məlumatların alınması;
    ∙ Sığorta hadisəsi ilə bağlı şöbəyə daxil olan zənglərin cavablandırılması, lazımi məlumatların verilməsi;
    ∙ Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

    Namizədə olan tələblər:

    ∙ Hüquq və ya Sığorta hadisələrinin tənzimlənməsi sahəsi üzrə 1 illik iş təcrübəsi;
    ∙ “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Yol hərəkəti qaydaları haqqında” qanunlarını və bilmək;
    ∙ İstənilən ixtisas üzrə ali təhsilin olması;
    ∙ Azərbaycan (əla), Rus və İnglis dili arzuolunandır;
    ∙ Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
    ∙ Məlumatı toplamaq və təhlil etmək bacarığı; Analitik düşüncə, danışıqlar aparmaq bacarığı; ünsiyyət, inandırma, dinləmə, məlumatın düzgün ötürülməsi bacarığı; yazı qabiliyyəti; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı; məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

    İş şərtləri

    – Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
    – “Bakı Sığorta” ASC öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və ştat cədvəlinə uyğun gələn əmək haqqı təklif edir.

    Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

    Job Features

    Job CategorySığorta

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.