26 C
Baku
Saturday, July 27, 2024

Sığorta Satışı üzrə Aparıcı Mütəxəssis – Azersun Holding

0
Sığorta Satışı üzrə Aparıcı Mütəxəssis – Azersun Holding
Bakı
21.08.2023

Tələblər:

  • Ali təhsil olmalı;
  • İngilis və rus dillərini bilməsi üstünlükdür;
  • Microsoft Office proqramları bilməli;
  • Bank və sığorta sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
  • Qrup şəklində işləmək qabiliyyəti, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;

İş haqqında məlumat: 

  • Təyin olunmuş satış planın reallaşdırılmasını təmin etmək;
  • Potensial müştərilərlə görüşmək, sığorta məhsullarının təqdimatını etmək;
  • Yeni sığorta məhsullarının hazırlanması üçün təklifləri vermək, həmçinin şirkətin mövcud sığorta növlərinin tanıtdırmaq və satışı istiqamətində aktiv fəaliyyət göstərmək;
  • Satışların davamlı artırılması üçün tədbirlər görmək;
  • Sığorta müqavilələrinin yeniləmək və müştəri loyallığını izləmək, loyallığın təmin edilməsi üçün tədbirlər planlamaq;
  • Satış nəticəsində yaranan aylıq borclara nəzarət etmək;
  • Korporativ görüşləri həyata keçirmək və rəhbərini keçirilən görüşlərin nəticəsi ilə əlaqədar məlumatlandırmaq;
  • Sığorta müqaviləsinin şərtinin pozulması səbəblərini müəyyən etmək və səbəbləri rəhbərliklə görüşərək aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirmək;
  • Tələblərə uyğun olaraq vaxtında lazımi sənədləri tərtib etmək, uçot aparmaq və sığorta müqavilələrinin bağlanması ilə əlaqədar sənədlərin saxlanılmasını təmin etmək;

İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində Sığorta Satışı üzrə Aparıcı Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta