“Odlar Yurdu” Sığorta Brokeri MMC namizədləri “Sığorta üzrə satış mütəxəssisi” vəzifəsinə müraciət etməklə gənc və kreativ komandanın üzvü olmağa dəvət edir:
Namizədə tələblər:
• Yaş: 20 – 45
• Cinsi: Qadın
• Təhsil: Natamam Ali və ya Ali
• İş təcrübəsi : 1-3 il sığorta sahəsində
• Dil və İT bilikləri : Azərbaycan dili – sərbəst, rus dili – ortadan bir gədər yüksək; MS Office
Kompetensiyalar:
• Səbrlə dinləyə bilən, stresə davamlı
• Məlumatı toplamaq və təhlil etmək bacarığı
• Diqqətli, fikirlərini aydın izah edən
• Konfliktlərin/stresin idarə edilməsi
Vəzifənin öhdəlikləri:
– Baş vermiş hadisələr və sığorta ödənişləri barədə zəruri olan şöbələrə məlumatların mail vasitəsilə yazılması və ya məlumatların alınması;
– Sığorta hadisəsi ilə bağlı şöbəyə daxil olan zənglərin cavablandırılması, lazımi məlumatların verilməsi
– Müştərinin tələbinə uyğun olan sığorta məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi.
İş şərtləri:
• Əmək müqaviləsi bağlanılır
• İş qrafiki: həftənin 5 günü
• Əmək haqqı : 300 AZN +bonuslar
• İş vaxtı 09:30 – 18:30
• Ünvan: Xətai r-nu, Nobel pr. 15, Azure Biznes Mərkəzinin 23-cü mərtəbəsi, 159 otaq
Vakansiya üçün müraciət qaydası cv-lər “Sığorta üzrə satış mütəxəssisi” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |