16 C
Baku
Saturday, November 2, 2024

Sığorta və Tender Təchizatı üzrə Mütəxəssis – Zeytun Pharmaceuticals

0
Sığorta və Tender Təchizatı üzrə Mütəxəssis – Zeytun Pharmaceuticals
Bakı
10.01.2024

Ümumi tələblər:

  • Ali təhsili (tibbi təhsil olanlara üstünlük veriləcək);
  • Tibbi satınalma və tender sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
  • Səmərəli danışıqların aparılması və yaxşı ünsiyyət bacarıqları;
  • Güclü analitik və problem həll etmə bacarığı;
  • Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
  • MS Office proqramları biliyi (yaxşı səviyyədə);

Vəzifə öhdəlikləri:

  • Çətin tapılan malların axtarışı
  • Vaxtaşırı yeni təchızat mənbələrinin axtarılması, mövcud təchizatçılarla əməkdaşlığın səmərəli inkişafı yönündə görüşlərin keçirilməsi
  • Sifariş  olunan məhsulların qeydiyyatına və digər sənədlərinə nəzarətin edilməsi
  • Təchizatçılarla öncədən razılaşdırılmış şərtlər əsasında müqavilələrin bağlanması
  • Anbar qalığına əsasən sifarişlərin hazırlanması və yerləşdirilməsi
  • Təchizatçılardan alınan qaimələr əsasında ödənişlərin edilməsinə nəzarət
  • Malların vaxtında çatdırılmasına,yük sənədlərinin düzgün hazırlanmasına və malların optimal surətdə daşınmasına nəzarət
  • Təchizatçılardan alınan qiymətlərinin müqasiyəli təhlili və TŞ tərəfindən tənzimlənmiş qiymətlərlə uzlaşdırılması
  • Malın təhvili,keyfiyyətin yoxlanılması və təslimini təmin edilməsi

İş şəraiti:

  • İş yeri – BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı – 1500-2000 AZN (Namizədin təcrübəsindən asılı olaraq)

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta