Bakı
14.12.2021
Təsvir
Marketinq Departamentinin Keyfiyyətə nəzarət bölməsində
Şikayət və müraciətlər üzrə mütəxəssis
Namizədə olan tələblər
- Ali təhsil
- Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili arzuolunandır
- Bankın xidmət və məhsulları barədə ətraflı biliklərə malik olmaq
- Smart Vista, FlexCube, BPM, MS Office proqramlarından istifadə bacarığı
- Yüksək ünsiyyətqurma, dinləmə və vaxtı idarəetmə bacarıqları
- Komanda tərkibində işləmək qabiliyyəti
- Problem həll etmə bacarığı
- Səbrli, məsuliyyətli, peşəkar və enerjili olmaq
Tələblər
Vəzifə öhdəlikləri
- Şikayət xarakterli daxil olan zənglərin tam və dolğun şəkildə cavablandırılması və aidiyyatı üzrə yönləndirilməsi
- Bankın xidmət və tarifləri barədə müştərilərə tam və düzgün məlumatın verilməsi
- Müştərilərin şikayət, təklif və tövsiyyələrinin səbrlə dinlənilməsi, qeydiyyata alınması və aidiyyatı üzrə yönləndirilməsi
- “Azər-Türk Bank” ASC-nin YSB-də təyin edilmiş xidmət standartlarının keyfiyyətinə nəzarət
- Xidmət keyfiyyəti ilə əlaqədar ehtiyac yarandıqda müştərilərlə əlaqə saxlanılması
- Banka rəsmi daxil olan (sayt, məktub və s.) müraciətlərin qəbul edilməsi və cavablandırılması
Müraciət linki
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |