“PAŞA Sığorta” ASC namizədləri “Sistem administratoru” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Əməliyyat sistemlərinin qurulmasına və uyğunlaşdırılmasına nəzarət etmək;
– Fiziki serverlər, “Router”, “Switch”, “Storage”-ların qurulması, idarə olunması və nəzarətini həyata keçirmək;
– Sistemlərin yüksək dərəcədə balanslaşdırılmış və dayanıqlı işini təmin etmək;
– İnformasiya sistemlərinin və avadanlıqların monitorinqini həyata keçirmək;
– Məlumat təhlükəsizliyi üçün texniki nəzarət mexanizmlərini planlaşdırmaq və tətbiqinə nəzarət etmək;
– “Backup” sistemlərini quraşdırmaq, tələblərə əsasən uyğunlaşdıraraq nəzarəti həyata keçirmək;
– Şəbəkələrin fiziki və məntiqi struktur diaqramlarını qurmaq, İT prosedurları hazırlamaq;
– Sistemlərin statusu, uğursuzluqları, pozuntuları, aparılan profilaktik işlər və tədbirlər barədə vaxtaşırı hesabat vermək;
– Şirkətin İT siyasət və prosedurlarını uyğun formada işləmək;
– İT əməliyyatlarında və texniki avadanlıqlar üçün maddi məsuliyyət daşımaq;
– Vmware virtuallaşdırma sisteminin idarəedilməsini və nəzarətini həyata keçirmək;
– Birbaşa rəhbərin şifahi və yazılı göstərişlərini yerinə yetirmək;
Bilik və bacarıqlar:
• İnformatika və ya riyazi sahədə ali təhsil arzu olunandır;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;
• CISCO Router və Switch-lərinin idarə olunmasını bilmək;
• Load Balancing üzrə biliklər;
• Web Application Firewall ürzə biliklər;
• Windows Server, Linux Server, Internet Information Services (IIS) üzrə biliklər,
• MS SQL server üzrə administrativ biliklər;
• Active Directory, müxtəlif kompüter sistemləri və şəbəkələr üzrə nəzəri biliklər;
• İnternet təhlükəsizliyi və məlumatların gizlilik prinsipləri üzrə biliklər;
• Proseslərin avtomatlaşdırması üçün powershell skriptlərin yazılması və dəstəklənməsi ;
• CI/CD ürzə teorik biliklərin olması;
• MS Team Foundation Serverdə iş təcrübəsi arzu olunandır;
• Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi;
• Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilmək;
• MCSE, CCNA R&S və CCNA Security sertifikatlarının olması arzu olunandır.
Son müraciət tarixi: 25 dekabr, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |