Bakı
19.11.2021
İşin təsviri:
- İT sistemlərinin daimi monitorinqi;
- Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
- Mövcud servislərin dayanaqlılığını təmin etmək;
- Əməliyyat sistemlərinin və konfiqurasiya fayllarının mütəmadi ehtiyata alınması;
- Bütün dəyişikliklərin sənədləşdirilməsi;
- Server avadanlıqlarının quraşdırılması;
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi;
- 24/7 mövcudluğu;
- Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
- İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.
Namizədə dair tələblər:
- İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
- MCSE: Core Infrastructure, MCSE Productivity Solutions Expert, VMware Certified Professional (VCP), sertifikatlarına sahib olması arzuolunandır;
- Microsoft, VMware, istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə.
- Windows Server (2012/2016/2019) əməliyyat sistemlərinin, role-service və tool-ları inzibatçılığı;
- Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi – Active Directory, Group policy;
- Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware vSphere, VMware HCI;
- Sistem firewall ilə işləmək bacarığı;
- Backup sistemləri ilə iş təcrübəsi – Veeam Backup and Replication;
- High availability sistemləri ilə iş təcrübəsi;
- Mail servisləri ilə iş təcrübəsi – Exchange server 2016/2019;
- Server update repository-lər ilə iş təcrübəsi -WSUS;
- Configuration Management tool-larla təcrübə – SCCM;
- Avtomatlaşdırma tool-ları ilə iş bacarığı – Ansible.
- İngilis və rus dilləri üzrə biliklər:
- İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
- Sahə üzrə iş təcrübəsi ən azı 3 il.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, İT |