11 C
Baku
Sunday, November 17, 2024

Sistem İnzibatçısı – PITS Tehcnology Solutions

0
Sistem İnzibatçısı – PITS Tehcnology Solutions
Bakı
06.01.2021

Vəzifə: Sistem İnzibatçısı
Şirkət: PITS Texnoloji Həllər Şirkəti
Ölkə: Azərbaycan
Ünvan: Salyan şosesi 32, Səbail rayonu, Bakı şəhəri

Vəzifə öhdəlikləri:

– Active Directory (qaldırılması, quraşdırılması, idarə olunması) ilə sərbəst işləmək;
– Əsasən Windows əsaslı serverlərin qaldırılması və idarə olunması;
– Şəbəkə proqramlarının serverlərdə və iş stansiyalarında quraşdırılması;
– Terminal serverlərin sazlanması və dəstəklənməsi;
– VMWare əsaslı virtual maşınların idarə olunması;
– Serverlərdə və şəbəkə avadanlıqlarında sistemin tənzimlənməsi;
– Fayl serverlərində, verilənlər bazası idarəetmə sistemlərinin və iş stansiyalarında proqram təminatının inteqrasiyasını təmin etmək;
– Sistemdəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;
– İşlərin avtomatlaşdırılması üçün skriptinq biliklərinin olması;
– İstifadəçilər üçün məhdudiyyəti qurmaq: serverlər və digər resurslar üçün;
– Məlumat sistemi komponentlərinin (əməliyyat sistemi, antivirus qorunması, firewall, proqram paketləri, yeniləmə, alt sistemləri və s.) səmərəli və fasiləsiz işləməsini təmin etmək;
– Məlumatların (bazaların), serverlərin, şəbəkə avadanlıqlarının surəti və ehtiyat nüsxəsini təmin etmək;

Tələb olunan təcrübə:

– Tələb olunan sahə üzrə ən az 2 il iş təcrübəsi

Bilik və Bacarıqlar:

– Masaüstü və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;
– Windows əməliyyat sistemlərində işləmə bacarığı;
– Serverlərlə praktiki iş bacarığı;
– DNS, DHCP, RDS üzrə biliklər;
– Linux/Unix üzrə ilkin biliklər;
– VPN texnologiyaları ilə iş bacarığı;
– VMWare, Microsoft Hyper-V, Veeam Backup, SyncBackPro texnologiyalarından xəbərdar olma;
– Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olma;
– Problemləri düzgün analiz edə bilmə bacarığı;
– Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qura bilmək bacarığı;
– İngilis və rus dillərində texniki ifadələri anlama və texniki sənədlərlə işləmə bacarığı;

Əlavə məlumatlar:

Uyğun gələn namizədlərlə müsahibə online olaraq aparılacaqdır.
İş günləri: Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində “Sistem İnzibatçısı” kimi göstərməyiniz xahiş olunur. Digər mövzulu müraciətlər diqqətdən kənar qala bilər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, İT