12 C
Baku
Thursday, November 14, 2024

Sistemlərin təhlili üzrə kiçik mütəxəssis – PASHA Insurance

0
Sistemlərin təhlili üzrə kiçik mütəxəssis – PASHA Insurance
Bakı
28.02.2022

Vəzifə və Öhdəliklər:

  • Biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi və təhlili;
  • Gündəlik biznes prosesləri anlamaq üçün biznes vahidləri ilə işləmək;
  • Mövcud standartlara və metodologiyalara uyğun sənədlərin, texniki tapşırıqların, “test case”-lərin və İstifadəçi interfeysi təlimatlarının hazırlanması;
  • Sistemlərin istifadəsi ilə bağlı problemlərin müəyyənləşdirilməsi, təhlili və sənədləşdirilməsi.

Bilik və bacarıqlar:

  • Tətbiqi riyaziyyat, İnformatika və ya iqtisadiyyat sahəsində ali təhsil;
  • Dəqiqlik, diqqətlilik, planlama, ünsiyyət qurma və təşkilatçılıq qabiliyyəti;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
  • Layihələrin idarə edilməsi üzrə təcrübə;
  • Məlumatların təhlili və düzgün təqdimat bacarıqlarına malik olmaq;
  • MS Office ilə qabaqcıl istifadə bacarıqları;
  • JIRA, Confluence, MS Visio proqramları üzrə biliklər;
  • Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Sertifikatların (CBAP, PMI-PBA) olması arzuolunandır.

Son müraciət tarixi: 11 mart 2022-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta