SMM üzrə mütəxəssis – Ateshgah Sigorta

    Bakı
    Posted 2 months ago

    «Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar.

    Hörmətli namizəd!

    İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

    SMM üzrə mütəxəssis

    Namizədə tələblər

    • Ali təhsil mütləqdir
    • Marketinq sahəsi üzrə təcrübə tələb olunur
    • Azərbaycan, rus və ya ingilis dillərini;
    • Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, elektron poçtdan istifadə qaydalarını bilməlidir)
    • Yaş: 23-35

    Şəxsi keyfiyyətlər

    • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
    • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
    • Təşəbbüskar olmalı;
    • Kompüterdə sərbəst işləməyi bacarmalı;
    • Ünsiyyətcil, özünə əminlik hissi, yüksək intellektual səviyyəli olmalı;
    • Məsuliyyətli, diqqətli və yaradıcı olmalı;

    Əsas vəzifə öhdəlikləri

    • Marketinq planının hazırlanması, həyata keçirilməsi və monitorinqi
    • Podratçı şirkətlərlə iş (iclaslarda iştirak, müqavilələrin icrası / razılaşdırılması, monitorinq fəaliyyəti)
    • Şirkət brendinin istifadəsinə nəzarət və monitorinqi
    • Biznes kartları sifariş etmək, müvafiq podratçı şirkətin işinin icrasına nəzarət etmək və prosesini sona çatdırmaq
    • Promo məhsulların dizaynının hazırlanması,istehsalı və keyfiyyətinə nəzarət edilməsi
    • Xarici reklam, təqdimat fəaliyyəti, təqdimat materialları
    • Rəqiblərin marketinq fəaliyyətinin monitorinqi
    • Podratçı şirkətlərlə işləmək
    • SMM-in dəstəklənməsi və monitorinqi (müqavilələrin icrası / təsdiqi, sosial layihələr, videolar, müqavilələrin hazırlanması, monitorinqi və nəzarəti)
    • Korporativ saytın məzmununun monitorinqi və vaxtında yenilənməsi
    • İdarə Heyəti / Komitələr üçün təqdimatların və hesabatların hazırlanması
    • Birbaşa rəhbərin və o cümlədən şuranın / komitələrin təlimatlarının yerinə yetirilməsi

    İş şərtləri

    • Əmək müqaviləsi bağlanılır
    • İş vaxtı 09:00 – 17:30
    • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
    • Əmək haqqı 400-500 azn

    Məlumatlandırıcı qeydlər

    • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
    • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
    • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
    • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
    • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
    • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
    • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
    • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

    Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “SMM üzrə mütəxəssis“ qeyd etmələri xahiş olunur

    Job Features

    Job CategorySığorta

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.