Bakı
14.12.2022
İşiniz nədən ibarətdir?
- Qısamüddətli investisiyalar, REPO, əks-REPO, “overnight” depozitləri və digər əməliyyatlar vasitəsilə gündəlik likvidliyin idarəedilməsi;
- İnvestisiya portfelinin monitorinqi, qiymətləndirilməsi, təhlili və idarəedilməsi;
- İnvestisiya alətlərinin və onların emitentlərinin maliyyə təhlili;
- Yeni investisiya məhsullarının araşdırılması, inkişaf etdirilməsi və satışında dəstək göstərilməsi;
- Əlverişli əməliyyatların icrası üçün yerli və beynəlxalq maliyyə bazarlarında investisiya imkanlarının araşdırılması;
- Yerli və beynəlxalq kontraqentlərlə əqdlər üzrə danışıqların aparılması;
- Bankdaxili “Xəzinədarlıq İdarəetmə Sistemi”ndə sövdələşmələrin icrasına nəzarət;
- Şöbə ilə bağlı hesabat və sənədləşmələrin dəqiq və vaxtında icrası;
- Bankın daxili qayda, siyasət və təlimatlara əməl etmək, onların pozulmasına görə məsuliyyət və hər hansı insident, təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərin məlumatlandırılması.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil
- İş təcrübəsi: Uyğun sahədə 3 il
- Lisenziya / Sertifikat: CFA 1-ci səviyyə və ya FRM 1-ci səviyyə
- Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
- Kompüter bilikləri: Microsoft Office (yüksək səviyyədə Excel və Power Point), Bloomberg
- Məhsul üzrə biliklər: İnvestisiya məhsulları və əməliyyatları üzrə biliklər
- Bazar üzrə biliklər: Yerli və xarici maliyyə bazarları üzrə biliklər
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |