Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Biznes tələblərinin idarəedilməsi departamentinin İT hesabatlıq və məlumat anbarının idarəedilməsi şöbəsində SQL Data Analitik” vakansiyasını elan edirik.
Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə “SQL Data Analitik” qeyd etməklə [email protected] ünvanına 31.05.2021-ci il tarixinədək mürəciət etməyiniz xahiş olunur.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Biznes tələblərinin idarəedilməsi departamenti, İT hesabatlıq və məlumat anbarının idarəedilməsi
Vəzifə: SQL Data Analitik
Bilavasitə tabeçiliyi: Şöbə meneceri və/və ya departament rəhbəri
Vəzifə öhdəlikləri:
• Proseslərin və tranzaksiyaların analizi və hesabatının çıxarılması
• Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə işləmək bacarigi
• Data modelləşdirmə və statistik metodlardan istifadə etməklə tapşırığa əsasən müvafiq proseslərin əlaqələndirilməsi, zəif nöqtələrin və imkanların aşkarlanması
• Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi
• Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması
• Verilənlər Bazası (DB) işləmə
• Optimallaşmış SQL sorğularla müxtəlif reportların alınması
• DB-də prosedur, Job-ların qurulması
Tələblər:
Təhsil və kvalifiksaiyalar
• Ali təhsil
Təcrübə
• Bank sektorunda ən azı 3 il iş təcrübəsi arzuolunandır
• Data analitika sahəsində 2-3 illik iş təcrübəsi
• Microsoft Office və bank proqramların işləmə bacarığı
Peşəkar bilik və bacarıqlar
• Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında biliklər
• SQL-də analitik funksiyalarla işləmə bacarığı
• Python proqramlaşdırma dillər üzrə biliklər
• Xml, Json, Csv və digər formatlarda olan məlumatlarla işləmək bacarığı
• Güclü analitik, təşkilati və ünsiyyət bacarıqları
• ETL prosesində iştirak etmək
• Azərbaycan dili sərbəst, Rus və İngilis dili bilməsi arzuolunandır
• Komandada işləmək bacarığı və stressə davamlılıq
• Məsuliyyət, dəqiqlik, operativlik və problemləri həll etmə bacarığı
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Könüllü tibbi sığorta proqramına qoşulma
• Yığım sığortasına qoşulma imkanı
• Müasir idarəetmə sistemi və mehriban kollektiv
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, İT |