İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Sədərək filialının Mikro kreditlərin rəsmiləşdirilməsi üzrə mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.
Siz elektron poçtun “mövzu” yerinə “Sədərək filialının Mikro kreditlərin rəsmiləşdirilməsi üzrə mütəxəssisi” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.
Vəzifə öhdəlikləri:
• Müsbət qərar verilmiş kreditlərin rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərin yoxlanması, kredit müqavilələrin hazırlanması;
• Hesab açılması;
• Kredit məlumatlarının Bankın daxili əməliyyat sistemində əks etdirilməsi və nəzarəti;
• Təyin edilmiş hədəflərin yerinə yetirilməsi.
Tələblər:
• Ali təhsil;
• Ünsiyyət qurmaq bacarığı;
• Word və Excel proqramlarından istifadə bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Riyazi biliklər.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Kredit işçisi |