Bakı
26.01.2024
Vakansiyanın təsviri
- Biz nə təklif edirik: Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
- Görəcəyiniz işlər: İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
- İcbari tibbi sığorta sisteminin müvafiq sahələri üzrə (o cümlədən, əhatə olunan əhali qrupları, icbari tibbi sığorta haqları, icbari tibbi sığorta ödənişləri, tibbi xidmət göstərilən əhali, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin həcmi, növü və tibbi xidmət göstərən tibb təchizatçıları, sığortaolunanların fərdi uçotu və s.) üzrə məlumatları toplamaq və vahid məlumat bazası yaratmaq;
- Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın tətbiqi və inkişafı üzrə təkliflər vermək;
- İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə potensialın gücləndirilməsi üçün təkliflər vermək;
- Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə statistik analizlərin aparılması;
- Təhlil edilmiş məlumatların müxtəlif alətlərlə vizuallaşdırılması.
- Əlavə məlumatlar: İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Begoc biznes mərkəzi.
Xüsusi tələblər
- Ali təhsil (statistika, data analitika istiqamətlərdə; magistr təhsili arzuolunandır);
- Sahə üzrə minimum 1-3 il iş təcrübəsi (Dövlət qurumlarında statistika, data analitika üzrə təcrübə);
- Dil bilikləri: Azərbaycan (ana dili), ingilis dili (yaxşı);
- Ofis proqramları üzrə biliklər;
- Ünsiyyət və komandada işləmə bacarığı;
- İnduktiv və analitiki təhlil, təqdimat bacarığı;
- Problem həlletmə bacarığı.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |