“Bakı Sığorta” ASC Subroqasiya üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
İş yeri – Bakı şəhəri, Yasamal ray., A.M. Şərifzadə küç 315C
Yaş həddi – 21-45
Təhsil – Ali
Əlaqə nömrəsi: 969
İş təcrübəsi – 1 ildən yuxarı
Email: [email protected]
İş barədə məlumat
1. Şirkətin hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək;
2. Cəmiyyətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
3. Şirkətin fəaliyyəti dövründə Subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək;
4. Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubları tərtib etmək;
5. Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək;
6. Şirkətlə tərəf-müqabilləri arasında bağlanan müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrini təhlil etmək və rəy vermək;
İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00;
Namizədə tələblər
– Ali hüquq təhsili;
– Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) Səviyyə: Əla
– Məsuliyyətli və işində dəqiq;
– Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
– İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına (Mövzu hissəsində –Subroqasiya şöbəsinə mütəxəssis qeyd etməklə) göndərmələri xahiş olunur.
Qeyd: Əmək haqqı 700 AZN ( işin nəticəsinə görə əlavə bonus ödənilməsi nəzərdə tutulub)
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |