Ümumi vəzifə öhdəlikləri:
- Ona həvalə olunmuş nəqliyyat vasitəsi ilə rəhbərliyə xidmət göstərmək;
- Departament rəhbərliyinin tapşırığı ilə tələb olunan yerlərə getmək və əməkdaşları aparmaq;
- Həvalə olunmuş nəqliyyat vasitəsinin qorunmasını və yararlı vəziyyətdə saxlanılmasını təmin etmək ;
- Təhlükəsizlik qaydalarına riayət etmək;
- Rəhbərliyin avtomobilin sürülməsi ilə bağlı ona həvalə etmiş olduğu vəzifələri həyata keçirmək.
Namizədə qarşı tələblər:
- Avtomobil idarə edilməsi üzrə ən azı 3 il təcrübə;
- Yol hərəkəti qaydalarını bilməli;
- “B” kateqoriyalı sürücülük vəsiqəsi olmalı (“BC” kateqoriyalı vəsiqənin olması arzuolunandır);
- Səbrli və təmkinli olmalı;
- İntizamlı və məsuliyyətli olmalı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 sentyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Sürücü qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |