Təhlil və Dəstək mütəxəssisi – eManat

    Bakı
    Posted 6 months ago

    Şirkət: eManat

     

    Təhlil və Dəstək mütəxəssisi

    Namizədə qoyulan tələblər:

    • Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük veriləcək).
    • Kompüter avadanlıqlarına texniki dəstək üzrə – əsas; informasiya təhlükəsizliyi, biznes proseslər, informasiya sistemləri, şəbəkə infrastrukturuna dair – baza biliklərinə malik olmalı ( IT Texniki dəstək qrupunda və ödəmə sistemlərində iş təcrübəsi olanlara üstünlük veriləcək).
    • Biznes prosesslərin idarə edilməsi haqqında ilkin biliklər.
    • Analitik və alqoritmik düşünmə qabiliyyəti.
    • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
    • Müştəri sorğularının cavablandırılması işləri ilə praktik təcrübəsi , operativ cavablandırma qabiliyyəti, insanlarla düzgün əlaqə və ünsiyyət qurma bacarığı.
    • Fərdi və komanda ilə işləmək qabiliyyəti.
    • Dil bilikləri: Azərbaycan və Rus dilləri – yüksək səviyyədə, Ingilis dili – texniki sənədləri oxumaq və yazmaq səviyyəsində.
    Vəzifə öhdəlikləri:
    • Müştəri sorğusuna operativ olaraq telefon və elektron sənəd formasında cavab vermək.
    • ServiceDesk proqram təminatı vasitəsi ilə aldığı sorğuların monitorinq olunması və operativ optimal şəkildə emal olunması.
    • Monitorinq olunmuş sorğuların seçilərək prosedura əsasən işlənməsi.
    • Şirkət daxili istifadəçi İT avadanlıqlarında çıxmış problemlərin aradan qaldırılması.
    • Ümumi İT İnfrastrukturu üzrə monitorinq sisteminə nəzarət və prosedur üzrə işlərin görülməsi.

    İş şəraiti:

    – Ofis daxili;
    – Əmək haqqı 800 AZN;
    – İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
    – Əmək haqqının 15 gündən bir ödənilməsi;
    – Tibbi sığorta təminatının verilməsi;
    – Nahar təminatının qarşılanması;

    Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.

    Göndərilən CV-lərdə mövzu adı yerində “Təhlil və Dəstək mütəxəssisi” yazılmalıdır.

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.