5 C
Baku
Friday, February 23, 2024

Təşkilati Inkişaf üzrə Baş Mütəxəssis – PASHA Bank

0
Təşkilati Inkişaf üzrə Baş Mütəxəssis – PASHA Bank
Bakı
11.05.2023

İşiniz nədən ibarətdir?

  • Əməkdaşların və komandaların işinin məhsuldarlığının artırılması;
  • Təşkilatı inkişaf üçün zəruri olan proses, siyasət və proseduraların qurulmasında iştirak;
  • Proses, siyasət və proseduralardan istifadə edərək Bank üzrə istedadların idarəedilməsinin ən effektiv şəkildə təmin edilməsi;
  • Bankın yüksək potensial (HİPO) və davamçılıq siyasəti üzrə prosesin qurulması, ehtiyac olduqda dəyişikliklərin edilməsi, icrasının təmin edilməsi və monitorinqi;
  • Bankın HİPO və davamçılıq siyasəti üzrə təyin olunan davamçıların (successors) təlim və inkişaf proqramlarının hazırlanması və icrasının təmin edilməsi, bu istiqamətdə həm bankdaxili digər struktur vahidlərlə əməkdaşlığın təmin edilməsi, həm də korporativ mərkəz tərəfindən gələn tapşırıqların idarəedilməsi;
  • Korporativ mərkəzlə bütün təşkilatı inkişaf prosesləri barədə sıx əməkdaşlığın təmin edilməsi, gələn tapşırıqların icrası;
  • Bank üzrə karyeranın inkişafı prosesinin qurulması və təlim və inkişaf prosesi ilə əlaqələndirilməsi; təlim və inkişaf nəticələri əsasında karyera yüksəlişinin həyata keçirilməsini təmin edən layihələrin və proseslərin icrası;
  • Karyeranın inkişafı və dəyişikliyi yönümlü məktəb və “bootcamp”ların planlanması, digər Tİ mütəxəssisi ilə birgə kurrikulumların tərtibatı və icrasının təmin edilməsi;
  • Kurasiya üzrə təşkilatı inkişaf proseslərindən işçi məmnuniyyət səviyyəsinin təqib edilməsi və rüblük əsasda ölçülməsi;
  • Tİ prosesləri üzrə rəqəmsal həllər yolunun araşdırılması və yeni təkliflərin irəli sürülməsi (İR sahəsində beynəlxalq trendlərin izlənilməsi və ən az ildə 2 dəfə komandalara təqdimatların keçirilməsi);
  • İşçilərin inkişaf planına uyğun olaraq təlim proqramlarının araşdırılması və təmin edilməsi;
  • Fəaliyyətin idarəedilməsi prosesinin təşkili: İR Biznes partnyorluq komandasına Tİ kurasiya üzrə dəstəyin göstərilməsi; prosesin icrası çərçivəsində sualların vaxtında cavablandırılması, həllini tapmayan sualların fəaliyyətin idarəedilməsi prosesinin sahibinə yönləndirilməsi;
  • Təşkilatı struktur üzrə dəyişikliklərin icrası, lazımlı təqdimatların hazırlanması, iş analizi formasının doldurulmasının təmin edilməsi; təşkilatı strukturun yenilənməsi prosesinin icrası;
  • İş analizinin vaxtında yerinə yetirilməsi; iş analizi prosesinin şəffaflaşdırılması məqsədilə Tİ şöbə rəhbəri tərəfindən təsdiq olunan tədbirlər planının icrası.
  • Təşkilati inkişaf üzrə data keyfiyyətinin təmin edilməsi: bütün proseslər üzrə lazımlı bazalara vaxtında məlumatın daxil edilməsi və hər kəs üçün əlçatan/ görünən olmasının təmini:
  • Avans / tələbnamələrin düzgün yerləşdirilməsi;
  • Təlim sifarişlərinin proseslə müəyyən edilmiş qaydada açılması;
  • Təlim ehtiyaclarının qarşılanması ilə bağlı aylıq hesabatın sistemə daxil edilməsi;

Sizdən nə tələb olunur?

  • Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi, MBA).
  • Təcrübə: İstedadların idarəedilməsi, karyeranın idarəedilməsi, fəaliyyətin idarəedilməsi, təlim və inkişaf, və ya digər İR sahələrində minimum 4-5 il iş təcrübəsi.
  • Xarici dil: ingilis dili (səlis), rus (yaxşı).
  • Kompüter bilikləri: Microsoft Office (Power Point, Excel).
  • Məhsul biliyi: İstedadların idarəedilməsi siyasəti üzrə biliklər.
  • Bazar biliyi: Təlim və inkişaf, karyeranın idarəedilməsi, “design thinking”, İR üzrə “Agile governance”.
  • Digər: ünsiyyət və nitq bacarığı, innovativ düşüncə və özünüinkişafı təbliğ etmək bacarığı, liderlik və komanda işi bacarığı.
  • Üstünlük verilir: SHRM, CİPD, PMP sertifikatların mövcudluğu əlavə üstünlükdür.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi