12 C
Baku
Sunday, October 27, 2024

Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsi Baş məsləhətçi – Dövlət İmtahan Mərkəzi

0
Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsi Baş məsləhətçi – Dövlət İmtahan Mərkəzi
Bakı
13.03.2023

Vakansiyanın təsviri

  • imtahanların keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi;
  • regional bölmələrlə işin təşkil edilməsi;
  • təli­matların, yaddaş kitabçalarının və sair metodik və­saitlərin layihələrinin hazırlanması;
  • imtahanın keçi­rilməsində iştirak edəcək şəxslərlə işin aparılması (onların seçilməsi, müqavilələrin bağlanması, prosesə cəlb edilməsi və təlimlərin təş­kili və keçirilməsi);
  • imtahanın keçirilmə­sində iştirak edəcək şəxslər haqqında məlumat bazasının yara­dılması, anketləşdirilməsi, zənginləşdirilməsi və istifadəsi;
  • imtahanın keçirilməsində iştirak edəcək şəxslərin sertifikasiyasının aparılmasına dair zəruri normativ sənədlərin hazırlanması və prosesin təşkili;
  • əlaqələndiricilərlə işin təşkili;
  • imtahan materiallarının təhvil-təsliminin həyata keçirilməsi;
  • imtahan protokollarının araşdırılması və imtahanda baş verən hallarla bağlı yekun arayışın hazırlanması;
  • sağlamlıq imkanları məhdud iştirakçıların fərdi nəzarətçiləri ilə işin aparılması;
  • səlahiy­yətləri çərçivəsində daxil olan ərizə, təklif və şika­yətlərin araşdırılması və  cavablandırıl­masının təmin edilməsi;
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
  • rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

Xüsusi tələblər

  • Təhsilə dair tələb:   ali təhsil.
  • İş təcrübəsinə dair tələb:  vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı.
  • Xarici dil biliklərinə dair tələblər: ingilis dili – B2, rus dili – B2.
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (yüksək səviyyədə).
  • Xüsusi tələblər: Dövlət qulluğuna dair sertifikatı olan namizədlərə üstünlük veriləcək.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları