6 C
Baku
Saturday, December 14, 2024

Təchizat, İnzibati və Arxiv işləri şöbəsinin Baş mütəxəssisi – Azərbaycan Sənaye Bankı

0
Təchizat, İnzibati və Arxiv işləri şöbəsinin Baş mütəxəssisi – Azərbaycan Sənaye Bankı
Bakı
05.04.2023

Vakansiyanın təsviri

  • Təchizat İşləri üzrə: Bankın struktur bölmələrinin avadanlıq, inventar, material və ləvazimatlarla təchiz etmək;
  • Azqiymətlilərin əsas vəsaitlərin alınmasını təşkil etmək, həmçinin qəbul olunmasını, malların qeydiyyatının aparılmasını və tələbatı üzrə Bank işçilərinə təhvil-təslimini həyata keçirmək;
  • Kart məhsullarının alınmasını təşkil etmək, həmçinin qəbul olunmasını, malların qeydiyyatının aparılmasını və Bankın xəzinəsinə təhvil-təslimini həyata keçirmək;
  • İstifadə müddəti bitmiş, yararsız və istifadə olunmayan azqiymətlilər/əsas vəsaitlərin satışını və ləğvini təşkil etmək, Bankın balansından silinməsini təklif etmək;
  • Alınmış mallar və xidmətlər üzrə sənədləşmələri bankdaxili reqlamentlərə uyğun həyata keçirmək və ödənişlərin vaxtında edilməsinə nəzarət etmək;
  • Xidmət və alqı satqı müqavilələrinin şirkətlərdən tələb edilməsi, yoxlanılması, müqaviləyə uyğun sənədlərin hazırlanması və ödənişin vaxtında təmin edilməsini təşkil etmək;
  • Struktur bölmələrindən gələn satınalma tələblərini proqram təminatı üzərindən stok kodlarını yaratmaq, axtarmaq, daxil etmək, məlumatları doldurmaq və təsdiqə göndərmək;
  • Bankın təsərrüfat ehtiyaclarını müəyyən etmək və təmin etmək;
  • Bankın posterminal şəbəkəsinin genişləndirilməsində iştirak etmək, posteminalların müştərilərə işlək vəziyyətdə təhvil verilməsini təmin etmək, nasaz vəziyyətdə olan posterminalların yenilənməsi və yaranmış problemlərin aradan qaldırılmasını icra etmək;
  • Departamentin satışla əlaqəli müxtəlif layihələrində iştirak etmək;
  • ATM-nin quraşdırılmasını həyata keçirərək, xidmətə hazır etmək;
  • Alınan ehtiyyat hissələrinin, hansı ATM ve POS Terminal üçün alındığını və nə zaman istifadə olunacağı haqqında qeydlər aparmaq və aylıq olaraq hesabat vermək;
  • ATM quraşdırılması üçün tələbin təsdiqlənməsini izləmək və ATM-in bildirilən yerə daşınması prosesinə nəzarət etmək;
  • İnzibati İşlər üzrə:
  • Bankın su, istilik və elektrik enerjisi ilə fasiləsiz təminatını təşkil etmək;
  • Bankın təmir tikinti üzrə planlarının hazırlanmasında iştirak etmək, təsdiq olunmuş planların icrasını təşkil etmə;
  • Struktur bölmələrinin proqram təminatı üzərindən gələn tələblərinin icrasını təşkil və təmin etmək;
  • İş avanslarının aidiyyatı üzrə xərclənməsinə və bağlanmasına nəzarət etmək;
  • Bankın balansında olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək, istismar qaydaları ilə müəyyən edilmiş profilaktik tədbirləri görmək və nəzarət etmək;
  • Sənədlərin sürücü və kuryerlər tərəfindən vaxtında və düzgün çatdırılmasına nəzarət etmək;
  • Bankda içki və təmizlik xidmətlərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • Bank üzrə daşıma işlərini təşkil etmək;
  • Bankın avtomobillərinin yanacaq və təmir xərclərinə nəzarət etmək;
  • Bankomatların yerləşdirilməsi, montajı və demontajı işlərini təşkil və nəzarət etmək;
  • Qonaqları qarşılamaq, oteldə yerləşdirmək, transferini təşkil etmək, biletlərin alınmasını təşkil etmək və yola salmaq;
  • Bankda təmizlik işlərinin aparılmasına nəzarət etmək;
  • Bankda poçt xidməti işini təşkil etmək və xaricə məktubların göndərilməsini təmin etmək;
  • Bank tərəfindən ona təhvil verilmiş avtomobilin texniki cəhətdən saz vəziyyətdə saxlanması üçün lazımi tədbirləri vaxtında görmək;
  • Bankın Nəqliyyat vasitələrinin təmizliyinə və səliqəsinə diqqət yetirmək;
  • Arxiv İşləri üzrə
  • Arxiv işinin aparılmasına və təşkilinə nəzarət etmək;
  • Sənədlərin saxlanılması üçün lazımi şərait yaratmaq

Xüsusi tələblər

  • Minumum 3-5 il sahə üzrə iş stajı;
  • Ali təhsil;
  • Azərbaycan dili (İngilis və Rus dilini bilənlərə üstünlük verilir);
  • BOYS, YSP programlarını bilmək
  • Sürücülük vəsiqəsi;
  • Həm fərdi, həm qrup şəklində işləmək, təhlil etmə, hesabat vermə və problemləri müstəqil həll etmə bacarığı
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi