15 C
Baku
Friday, November 15, 2024

Təchizat şöbəsinin Bazar araşdırmaları sektorunun baş mütəxəssisi – AzerGold CJSC

0
Təchizat şöbəsinin Bazar araşdırmaları sektorunun baş mütəxəssisi – AzerGold CJSC
Bakı
11.06.2020

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Təchizat şöbəsinin Bazar araşdırmaları sektorunun baş mütəxəssisi

Əsas vəzifə və öhdəliklər:

• Dövlət satınalmaları üzrə ehtimal olunan qiymətin formalaşdırılması istiqamətində işlər görmək;
• Bazar araşdırması ilə əlaqədar icra edilmiş işlərin yoxlanılması və hesabatların hazırlanması;
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
• Satınalma tərəfindən ünvanlanmış sorğular üzrə təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
• Tədarükçü bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsi;
• Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi, sənədləşmə prosesinin və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
• Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək;
• Həvalə edilmiş işlərin səlahiyyəti çərçivəsində tam və vaxtında icra etməsi.

Tələb olunan təhsil və bacarıqlar:

• Ali təhsil;
• “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli;
• Təchizat və satınalma prossesləri və ümumi prinsipləri bilməli;
• MS Office proqramları və ERP üzrə işləmə bacarığı;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
• Satınalma prosesləri və ümumi prinsipləri anlamaq;
• Bazarı təhlil etmək bacarığı;
• Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması bacarığı;
• Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli.

Tələb olunan iş təcrübəsi:

• Təchizat sahəsində ən azı 2 il iş təcrübəsi

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Bazar araşdırmaları üzrə baş mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər