24 C
Baku
Thursday, April 24, 2025

Təchizat şöbəsinin müdiri – Dövlət Dəniz və Liman Agentliyi

0
Təchizat şöbəsinin müdiri – Dövlət Dəniz və Liman Agentliyi
Bakı
15.04.2025

Vakansiyanın təsviri

  • Agentliyin səmərəli fəaliyyəti  üçün  zəruri olan  xidməti  avtonəqliyyat  vasitələri,  zəruri  olan  texnika  və  avandanlıqlar ,  mebel,  ofis  texnikası
  • və rabitə  vasitələri, kargüzarlıq və sair ləvazimatlar üzrə ehtiyacların müəyyən edilməsi və onların satın alınması ilə bağlı təkliflərin verilməsi;
  • Agentliyin rəhbərliyinin və struktur bölmələrin səmərəli fəaliyyəti üçün onların xidməti avtonəqliyyat vasitələri ilə təchiz olunması və həmin avtonəqliyyatvasitələrindən təyinatı üzrə istifadəsinin həyata keçirilməsi;
  • Departament və şöbələrin mebel, dəftərxana ləvazimatları və digər avadanlıqlarla vaxtında təmin olunmasına nəzarət edilməsi və onların mühafizəsinin təmin edilməsi;
  • Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət edilməsi;
  • Agentliyin inzibati binasında bilavasitə iş yerlərinin şəraitinin sanitariya-gigiyena və əməyin mühafizəsinin qüvvədə olan normativlərinə uyğunlaşdırılmasıməqsədilə tədbirlərin görülməsi;
  • Agentliyin balansında olan binaların (istifadəsində olan iş sahəsinin), avtonəqliyyat vasitələrinin, inventar və avadanlıqların, qurğuların səmərəli istismar olunması, təyinatı üzrə istifadə edilməsi, onların təmiri və qorunması ilə bağlı tədbirlərin görülməsi;
  • Maddi-texniki təchizatın cari vəziyyəti və inkişafı perspektivləri haqqında analitik materiallar hazırlayıb rəhbərliyə təqdim edilməsi;
  • Agentliyin balansında (istifadəsində) olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan avtomobillərin, texnika və avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı tədbirlərin görülməsi;
  • Agentliyin inzibati binasının (iş sahəsinin) yanğından mühafizəsi, ilkin tibbi yardımın təşkili, həmin binada sahədə) sanitar-gigiyenik normalara riayət olunmasıvə təmizlik işlərinin aparılması ilə bağlı tədbirlərin görülməsi;
  • Yanğından mühafizə tədbirlərinin yerinə yetirilməsini və yanğından müdafiə avadanlığının saz vəziyyətdə saxlanılmasını yoxlanılması və nəzarət edilməsi;
  • Şöbənin iş planı, fəaliyyəti ilə bağlı hesabatların tərtibi və təqdimatın edilməsi.

Xüsusi tələblər

  • Müvafiq sahəyə aid qanunvericilik aktlarını (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi” və digərləri) bilmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normaları;
  • Avadanlıq, mebel, inventar, dəftərxana ləvazimatının əldə edilməsi və xidmət üçün haqq hesabın tərtibi qaydaları;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Peşəkar səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Analitik düşünmə və təhlil etmə bacarığı;
  • İdarəetmə bacarığı
  • Əməkdaşlıq bacarığı;
  • Komanda işinin təşkili və nəzarəti;
  • Stresə davamlılıq.
  • Müvafiq sahə üzrə minimum – 5 il iş təcrübəsi.
  • Beynəlxalq ticarət və logistika, iqtisadiyyatın tənzimlənməsi, mühasibat uçotu və audit, iqtisadiyyatın hüquqi tənzimlənməsi və ya digər iqtisadi ixtisaslar üzrə ali təhsil.
  • Azərbaycan dili (səlis), İngilis dili (B2) və Rus dili (B1)
  • Əməyin təşkilinin, istehsalatın və idarəetmənin əsasları;
  • Təchizat və satınalmalar üzrə Beynəlxalq və yerli sertifikatların və dərəcələrin olması.

Maraqlanan namizədlərdən öz Cv-lərini  [email protected] elektron poçt ünvanına göndərməkləri xahiş olunur

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər