10 C
Baku
Tuesday, November 26, 2024

Təchizat üzrə Koordinator -Baku Boulevard Hotel, Autograph Collection

0
Təchizat üzrə Koordinator -Baku Boulevard Hotel, Autograph Collection
11.10.2019

Şöbə: Təchizat
Vəzifə: Təchizat üzrə Koordinator
Şirkət: Boulevard Hotel Company LLC
Ünvan: Azərbaycan, Baki ş, Xəqani Rüstəmov küç 4 C
Son tarix: 11.11.2019

İşin təsviri

• Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, otelin xərclərinin minimuma endirilməsini təmin etmək. Bu məsələyə Təchizat üzrə menecerinin və Təchizat şöbəsinin menecerinin assistenti verdiyi təlimatla nail olmaq.
• Şöbələr çərçivəsində tədarüklə bağlı daxili nəzarət siyasəti və prosedurlarını təmin etmək.
• Təchizat şöbəsinin Menecerinə və Təchizat şöbəsinin menecerinin assistenti şöbələrin material və qeyri-material ehtiyatlarının istehlakı ilə bağlı nəzərdə tutulmayan və ya gözlənilməz xərclər haqqında məlumat vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək.
• Müxtəlif şöbə rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq. Tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək.
• Təchizat şöbəsinin bütün bölmələri ilə tanış olmaq və kompyuterdən istifadə etmək.
• Anbarda saxlanılan məhsullar üçün müəyyən kompyuter məlumatlarının yaradılması və qorunub saxlanılmasına kömək etmək:
Material ehtiyatları, nominal anbarlar, təkrar sifariş məntəqələri, standart sorğu adları, tədarük siyahısı, eləcə də alış sifarişləri, ölçü vahidləri və anbarda saxlanılan bütün mallar üçün material vəsaitlərin ümumi miqdarı.
• Təchizat üzrə meneceri tərəfindən tələb olunduqda, təchizatçının nümayəndələri ilə müsahibələr keçirmək və hər hansı tələb edilən məmulata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək. Bütün yazışmaları, danışıqları və təchizat prosesini otel üçün ən sərfəli olan yollarla aparmaq.
• Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.
• Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək.
• Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək.
• Şöbənin təmiz və səliqəli saxlanılmasını təmin etmək.
• Şöbənin müvafiq texniki təminatını təmin etmək üçün təmir və texniki xidmət üzrə iş sifarişlərini təqdim etmək.
• Aylıq qaydada anbar avadanlıqlarının inventarlaşdırılmasını həyata keçirmək.

Namizədə olan tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə giş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
• MS Office (Word, Excel, Power point), Iscala;
• Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması təcrübəsi
• Danışıqların aparılması bacarığı
• Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
• Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
• Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
• Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
• İşgüzar və məsuliyyətli

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Təchizat üzrə Koordinator” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 11 Noyabr 2019-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com

İşin aid olduğu sahə

KateqoriyaTurizm və otelçilik