Bakı
14.04.2023
İşiniz nədən ibarətdir?
- Mövcud və yeni müştəri təqibində aktiv iştirak edilməsi;
- Müştəri tərəfindən təqdim olunan müqavilə və digər təsdiq edən sənədlərin şərtlərinin maliyyə və hüquqi tərəfdən yoxlanılması;
- Müştərinin kredit analitiki ilə birgə ödəniş imkanı, ödəniş müddəti və limitlərini təhlil edərək faktorinq limiti və sub-limitlərin müəyyən olunması;
- Müştərinin debitor portfelinin keyfiyyətinin müəyyənləşdirilməsi;
- Limitin təsdiqindən sonra müştəri tərəfindən maliyyələşmə üçün təqdim edilən hesab-fakturaların və ona əlavə sənədlərin yoxlanılması və sifarişin hazırlanması;
- Təchizat Zəncirinin Maliyyələşməsi məhsulları üzrə daxili və müştərilər üçün hesabatların hazırlanması və təqdim edilməsi;
- Alıcılar tərəfdən gec ödəmələr baş vermədən öncə gecikmənin qarşısını almaqla faktorinq portfelinin sağlamlığının tənzimlənməsi;
- Maliyyələşdirilmiş hesab-fakturaların monitorinq komandası ilə birgə monitorinqlərini və ödəniş dövrlərinin dəqiq izlənilməsinin həyata keçirilməsi;
- Müştərilərin cari hesablarına gündəlik nəzarət edilməsi;
- Hesaba daxil olmuş vəsaitlərin öhdəliklərə silinməsini və ödəniş cədvəllərinin avtomatlaşdırılmış bank sistemində təsdiq edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 1-3 il
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bank məhsulları