13 C
Baku
Sunday, September 29, 2024

Təcrübə proqramı – Azərbaycan Mərkəzi Bankı

0
Təcrübə proqramı – Azərbaycan Mərkəzi Bankı
Bakı
10.04.2023
Təcrübə proqramı

Vakansiyanın təsviri

  • Azərbaycanın yüksək potensiallı gənclərini Mərkəzi Bankçılıq ilə yaxından tanış etmək, işə hazırlıq bacarıqlarını inkişaf etdirmək və praktiki təcrübəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı “Maliyyəçisən” təcrübə poqramını həyata keçirir. Təcrübə proqramı çərçivəsində gənclər seçilən istiqamət üzrə peşəkarlardan öyrənməklə yanaşı səriştə və bacarıqlarının artırılması üçün müxtəlif bankdaxili təlimlərə cəlb olunur.
  • Proqramın müddət: 2 ay (İyul və Avqust ayları)
  • İştirak: Həftənin 5 günü
  • Ödəniş: Gündəlik yol və yemək xərclərini ödəyə biləcək məbləğdə təqaüd

“Maliyyəçisən” təcrübə proqramının 2023-cü il buraxılışı aşağıda qeyd olunan departamentləri əhatə edəcək:

  • Pul siyasəti
  • Tədqiqatlar
  • Statistika
  • Valyuta ehtiyatlarının idarə edilməsi
  • Maliyyə bazarlarında əməliyyatlar
  • Maliyyə sabitliyi
  • Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət
  • Sığorta fəaliyyətinə dair siyasət və nəzarət
  • Nağd Pul
  • Strateji və layihə idarəedilməsi
  • Beynəlxalq əməkdaşlıq və kommunikasiya
  • İnformasiya texnologiyaları
  • Hüquq
  • İnsan Resursları

 

Xüsusi tələblər

Kimlər müraciət edə bilər?

  • Təcrübə proqramına bakalavr və magistraturada təhsil alan tələbələr və məzunlar (2022-ci il və 2023-cü il) müraciət edə bilər.

Seçim mərhələləri hansılardır?

  • Müraciətlərin qəbulu və ilkin skrininq
  • Test və qrup müsahibəsi
  • Panel müsahibəsi
  • Tələbənin (və ya məzunun) müraciəti bir neçə istiqamət üzrə uyğun olarsa müsahibələrin sayı dəyişə bilər.

Müraciət üçün son tarix hansıdır?

  • Maliyyəçisən təcrübə proqramına müraciət üçün son tarix 25 Aprel 2023-cü ildir.

Necə müraciət etmək olar?

  • Müraciətlərin qəbulu yalnız aşağıda qeyd olunan keçid vasitəsi ilə mümkündür

 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi