10 C
Baku
Monday, April 7, 2025

“Təcrübə Proqramı (Satış məsləhətçisi – Qəbələ) – “GL” ASC

0
“Təcrübə Proqramı (Satış məsləhətçisi – Qəbələ) – “GL” ASC
Qəbələ
28.01.2025
Təcrübə proqramı

“GL” ASC- Qəbələ şəhərində yerləşən Qəbələ filialı  üzrə əmək haqqı + bonuslu Satış məsləhətçisi vakansiyası üçün təcrübə proqramı.

Proqram haqqında:
Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tamamlamış şəxslər üçün nəzərdə tutulub. İstisna olaraq, magistr üzrə təhsili davam edən tələbələr də proqramda iştirak edə bilərlər. Proqram çərçivəsində namizədlər ilkin mərhələdə peşəkar təlimlərə cəlb olunur və nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da əldə edirlər. Təlim prosesini uğurla başa vuran namizədlər imtahan mərhələsinə dəvət edilir.

İmtahan nəticələrinə əsasən:
Namizədlərə tam ştat və ya yarımştat Satış məsləhətçisi kimi işə qəbul olunma imkanı təqdim olunur.
Yarımştat Satış məsləhətçisi olaraq işə qəbul olunan namizədlərin tam ştat vahidinə keçməsi üçün minimum müddət 1 ay, maksimum müddət isə 3 ay olaraq müəyyən edilmişdir.

Təkliflərimiz:
Tam ştat üçün başlanğıc əmək haqqı: 400 AZN, əlavə olaraq 800 AZN-ə qədər bonus qazanmaq imkanı.
Yarımştat üçün başlanğıc əmək haqqı: 200 AZN, əlavə olaraq 300 AZN-ə qədər bonus qazanmaq imkanı.

Öhdəliklər:
Təlimlərdə aktiv iştirak etmək
Təlim zamanı öyrənilənləri mənimsəmək və tətbiq etmək
Təlimçi və mentorla interaktiv işləmək
Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək

Tələblər:
Təhsilini tam başa vurmuş şəxslər (magistr təhsili alan tələbələr istisna təşkil edir)
Karyerasını maliyyə sektorunda qurmaq istəyənlər
Öyrənməyə açıq olmaq
Hədəflərlə işləməyi bacarmaq
Pozitiv ünsiyyət bacarığı
Komandada işləməyə meyilli olmaq

Sizə nə vəd edirik:
Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmək imkanı
Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramında iştirak etmək imkanı
Maliyyə yönümlü ilkin biliklərin qazanılması
Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi
Əmək haqqı + bonus

Maraqlanan şəxslər CV-lərini “Təcrübə Proqramı (Satış məsləhətçisi – müvafiq region üzrə)” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər