Bakı
26.10.2023
Vakansiyanın təsviri
- Təşkilatdaxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində və hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında hüquqşünaslara köməklik göstərmək;
- Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək;
- Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək.
- Təcrübə müddəti 3 ay müddətində;
- 5 günlük iş qrafiki;
- Əmək haqqı 345 AZN;
- İş yeri: Bakı şəhəri, Hüseynbala Əliyev 32/24.
Xüsusi tələblər
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (yalnız sonuncu kurs tələbələri və ya təhsil müəssisələrini yeni bitirənlər üçün);
- Azərbaycan dilini mükəmməl bilməlli, Rus və İngilis dili arzuolunandır;
- Sərbəst şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqlarına malik olmalı;
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
- MS Excel,MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı;
- Yeni bilik və bacarıqlar əldə etmək üçün daim çalışmalı və axtarış aparmaq qabiliyyətinə malik olmalı.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |