Bakı
30.10.2023
Tələb olunan bilik və bacarıqlar:
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
- Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus dili -yaxşı; ingilis dili– əla səviyyədə.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Marketinq sahəsində ali təhsil;
- Sərbəst araşdırma qabiliyyəti, analitik düşünmə, analiz etmə, komandada işləmək bacarığı və məsuliyyətlilik;
- Problem həlletmə, məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
Vəzifə öhdəlikləri:
- Şirkətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək;
- İşgüzar əməkdaşlıq məsələləri üzrə yerli sığortaçılar, xarici təkrarsığortaçılar və brokerlərlə ünsiyyət qurmaq;
- Müştərilər və vasitəçilərlə danışıqlar aparmaq, yeni müştərilərin cəlb olunmasında köməklik etmək;
- Təkrarsıöorta üzrə müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun təkrarsığorta şərtləri təklif etməsinə köməklik etmək;
- Təkrarsığorta şərtləri haqqında qarşı tərəfə dəqiq məlumat almasında köməklik göstərmək;
- Təkrarsığorta təkliflər və müqavilələrinin layihələrinin hazırlanması;
- Mövcud müştərilərlə təkrarsığorta müqavilələrinin yenilənməsini həyata keçirməsi;
- Şöbəyə daxil olan/çıxan sənədlərin qeydiyyatını aparması, səliqəli qaydada arxivləşdirməsı;
- Müştərilər haqqında məlumatı müvafiq bazaya daxil etməsi;
- Təkrarsığorta haqlarının ödənilməsi prosesinin tənzimlənməsində iştirak etməsı;
- Bağlanmış təkrarsığorta müqavilələri üzrə aylıq hesabatın hazırlanması;
- Mövcud müştərilərlə və daxil olan müraciətlərlə aparılan işlərin hesabatının aparması;
- Şirkətin müvafiq strukturlarına tələb olunan formada hesabatlarını aparması;
- Zəruri hallarda lazım olan sənədləri azərbaycan, ingilis və ya rus dillərinə tərcümə etməsi;
- Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Təkrarsığorta şöbəsinin kiçik mütəxəssisi) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |