10 C
Baku
Thursday, November 14, 2024

Tələb planlama üzrə mütəxəssis – Azersun Holding

0
Tələb planlama üzrə mütəxəssis – Azersun Holding
Bakı
03.07.2023

Tələblər:

  • Ali təhsil (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
  • Planlama üzrə minimum 1 illik təcrübəyə sahib olmalı;
  • MS Excel proqramını yaxşı səviyyədə bilməli;
  • Analitik düşünmə qabiliyyətinə sahib olmalıdır.

İş haqqında:

  • Şirkətin illik tələbləri üzrə planlaşdırılma aparılması üçün ilkin məlumat bazasını hazırlamalı;
  • Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanı həyata keçirtməli;
  • Planlaşdırmanın nəticələrini struktur vahidlərinin nəzərinə çatdırmalı;
  • Tələb planının müvafiq bölmələrinə bazar konyukturu, rəqabət və s. nüanslara görə edilmiş dəyişiklikləri vaxtında icra etməli;
  • Öz səlahiyyətləri çərçivəsində firma və təşkilatlarla əməkdaşlığı təşkil etməli;
  • Şirkətin maraq dairəsində olan firma və təşkilatlar haqqında araşdırma edərək və təhlillər aparmalı;
  • Məhsul sifarişi siyahısının hazırlanmasını təmin etməli;
  • Satış proqnozlarını hazırlayaraq günlük satış reallaşmasını nəzarətdə saxlamalı;
  • Satış, marketinq və tələb planlama arasında məlumat mübadiləsi prosesini təşkil etməli;
  • Bağlı olduğu rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik hesabatlar hazırlayıb, təqdim etməlidir.

İş şərtləri: Həftə içi 5 gün

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə “Tələb planlama üzrə mütəxəssis” yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər