7 C
Baku
Thursday, December 12, 2024

Təlim və işçi qiymətləndirməsi üzrə koordinator – ParaBokt

0
Bakı
07.04.2021

Insan Resurslarının İdarə edilməsi Departamentinə

Təlim və işçi qiymətləndirməsi üzrə koordinator

 

Əmək haqqı 1200-1500 manat

İş günləri 1-6-cı günlər  bazar günü – istirahət

Tələblər:

 o   Humanitar və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;

o   Portalla işləmək;

o   Tabelin və əmrlərin hazırlanması;

o   Azərbaycan Respublikasının müvafiq qanunlarını,Əmək Məcəlləsini,Mərkəzi Bankın təlimatlarını  bilməsi;

o   İnsan Resursları işinin idarəolunması üzrə bacarıqlara malik olması;

o   Departament işlərini planlaşdırma bacarığına malik olması;

o   Mc Office proqramları üzrə biliklər (Xüsusilə Word,Excell,Outlook)

o   Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

Vəzifə öhdəlikləri:     

  • İşçilərin vəzifə təlimatları və əmək müqaviləsində nəzərdə tutulmuş   öhdəliklərin  icrasına nəzarət;
  • İşçinin peşəkar hazırlıq səviyyəsinə uyğun qiymətləndirməni həyata keçirmək;
  • Qiymətləndirmə formalarına  və xüsusiyyətlərinə uyğun qiymətləndirmə aparmaq;
  • Müəyyən dövr üzrə işçinin işgüzarlıq fəaliyyətini müəyən etmək;
  • Təlim vəsaitlərinə uyğun işçilərin təlimlərdə iştirak etməsini həyata keçirmək;
  • İşçilərin maddi və mənəvi qiymətləndirilməsi  sisteminin həyata keçirilməsində iştirak etmək;
  • Daxili təlimin keçirilməsilə bağlı təlim planının hazırlanması;
  • Daxili attestasiyanın keçirilməsi işinin təşkil edilməsi;
  • Səmərəli fəaliyyət göstərməyə mane olan çətinliklərin, problemlərin müəyyən etmək və onların aradan qaldırılması məqsədilə tədbirləri həyata keçirmək;
  • Boktun tələbinə uyğun işə götürmə meyarlarının müəyyən olunması;
  • Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin qiymətləndirilməsi, əmək bazarının və işə götürmə agentlikləri ilə əlaqələrin yaradılması;
  • Boktun potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmə tədbirlərinin  hazırlanması və icrası;
  • İşçilərin həvəsləndirməsinə təkliflər verib icrasında iştirak etmək;
  • İR idarə edilməsilə əlaqədar məlumatların effektiv və dəqiq təmin və təhlilinə, başqa biznes sistemləri və prosesləri ilə vəhdətin təşkil etməsinə nail olmaq;
  • Departament daxili hesabatın verilməsi

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Koordinator” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi